Fiqh və tarix kitablarında Hz. Aişənin uşaq yaşda evləndirildiyi rəvayət edilir. Bu rəvayətə əsaslanaraq İslam alimləri kiçik yaşda uşaqların evləndirilməsinə fətva veriblər. Bu məsələ ilə əlaqədar bütün məzhəblər də ittifaq ediblər. Halbuki bu fətvaları Allahın kitabına ziddir. Qurani Kərim bunu belə açıqlayır:
Yetimləri həddi buluğa çatana qədər imtahana çəkin. Əgər onlardan rüşdə çatanlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər. (Nisa surəsi, 6)
Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi-buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul edəsiniz. (Ənam surəsi, 152)
Bu ayələrdən gördüyümüz kimi, evlənmək üçün həddi-buluğ çağı da kifayət deyil, eyni zamanda rüşdə də sahib olmaq lazımdır. Çünki rüşdə sahib olan özü haqqında qərar verə bilər. Evlənmək də insanın özü haqqında verəcək qərarlarından biridir. Yetkinlik və rüşd bəzilərində tez bəzilərində də gec yaşda formalaşa bilər.
Bəs hədisçilər, məzhəblər niyə uşaq evliliyinə fətva verir? Bunun üçün Talaq 4 ayəsinə baxaq:
Heyzdən kəsilmiş qadınlarınız barədə şübhə etsəniz, bilin ki onların və həmçinin (yaşları az olduğu üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır. Kim Allahdan qorxsa, Allah onun işini asan edər. (Talaq surəsi, 4)
I Ayədə fikir verin, utanmadan yaşları az olan deyirlər, yəni açıq-aşkar uşaq deyirlər. “Hələ” sözünü də bunu sübut etmək üçün əlavə ediblər. Amma ayədə uşaqlardan bəhs edilmir. Diqqət edək: Heyzdən kəsilən qadınların gözləmə müddətini 3 ay deyir, niyə? Hamilə olub olmadığını bilmək üçün. Heyz olmayan uşaq hamilə qala bilərmi? Yox. Deməli 3 ay gözləməsinə də gərək olmazdı. Hamilə qadın heyz olmur. Ancaq hamilə olduğunu bilmək üçün də müəyyən qədər vaxt lazımdır. Belə halda olan qadınlar üçün də gözləmə müddəti 3 aydır. Hamiləliyi artıq bilinən qadınlar isə doğana qədər gözləməlidir. Bu qədər sadə. Uydurma hədislərə haqq qazandırmaq üçün hətta ayənin mənasını da dəyişdirməkdən qorxmurlar.
Uşaq evliliyi biabırçılığı da yəhudilərdən “miras” qalıb. Yəhudilərin hədis+sünnəti olan Talmudda deyilir:
Babil Talmudu, Niddah 44b. Mişna: “3 yaş bir günlük uşaqla cinsi əlaqə yolu ilə söz kəsilə bilər.”
Babil Talmudu, Yevamoth 60b. Rabi Simon ben Yohai dedi ki: “3 yaşın altındakı bir uşağın bir hahamla evlənməsinə icazə var.”
Bundan başqa San Hedrin 55b və Ketubot 11b bölümlərində də bir yəhudinin 3 yaşlı uşaqla cinsi əlaqə quraraq evlənilməsindən bəhs edilir. Aboda Zara 37a-da Yəhudi olmayan bir qız uşağının 3 yaşda cinsi əlaqəyə hazır olduğu bildirilir.
Digər tərəfdən, mehr, İslam hüququnda kişinin evlənərkən qadına verdiyi pul və ya maldır. Mehr qadının ailəsinə deyil, birbaşa qadına verilir. Yuxarıdakı ayələrə əsasən malların sahibinə təslim etmə vaxtı, o adamın malına nəzarət edə biləcək yaşıdır. Buna görə mehr alan qadının malı və ya puluna nəzarət edə biləcəyi yaşda olması lazımdır. Hz. Aişənin 6-9 yaşında evləndiyinə dair iddialar, Qurandakı evlilik üçün göstərilən yaş ilə uyğun gəlmir. Quranda bildirilən evlilik yaşı, indiki dövrdə ailə qayda-qanunumuzda olan yaş həddi ilə uyğundur. Həmçinin Hz. Aişənin yaşının rəvayət edildiyi hədislərədən olan Buxari, Peyğəmbərimizdən 238 il sonra, Müslim 243 il, Tirmizi 260 il, Əbu Davud 256 il, Nəsai 238 il, İbn-i Macə 263 il sonra yaşayıblar. Bundan başqa, Küleyni hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Məhəmməd Tusi 411-ci ildə, Əl-Mürtəza 436-cı ildə vəfat etmişdir.

