İslamda din əxlaqını təbliğ etmək məsuliyyəti kimlərə verilmişdir?

İnsanlara yaxşılığı əmr etmək və onları pis davranışlardan çəkindirmək hər bir insanın yerinə yetirməli olduğu bir məsuliyyətdir. Doğrunu bilən hər kəs bu doğru bildiyini digər insanlara çatdırmaqla vəzifəlidir. Buna görə də din əxlaqını təbliğ etmək və insanları Allaha iman etməyə dəvət etmək təkcə elçilərin deyil, iman edən hər bir insanın yerinə yetirməli olduğu ibadətlərdən biridir. Allah insanları din əxlaqına dəvət etməyin və onlara doğru yolu göstərməyin axirət həyatındakı əbədi qurtuluşun yolu olduğunu belə bildirmişdir:

Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)