Hz. İsa və Hz. Mehdi, Peyğəmbərimizin müjdələdiyi 1.400 ildən çoxdur İslam tarixində coşğu ilə gözlənilən qiymətli şəxslərdir. Ancaq 1.400 ildən bəri ilk dəfə olaraq yaşadığımız dövrdə bəzi qüvvələr bu müjdəni öz aləmlərində ört-bas etməyə çalışmaqda və “Hz. İsa gəlməyəcək, Hz. Mehdi çıxmayacaq” şəklində kütləvi təlqin etməkdədirlər. Televiziya, internet kimi kütləvi informasiya vasitələrindən aktiv istifadə edən bu qüvvə həm bəzi müsəlmanları, həm də dünya əhalisinin böyük bir hissəsini təsiri altına almağa çalışır. Bu səbəbdən müsəlmanlar Allahı çox xatırlayaraq, Axırzamanda olduğumuz həqiqətini davamlı xatırladaraq, Hz. İsanın və Hz. Mehdinin vəzifədə olduğunu izah edərək, İslam aləminin birləşməsi və İslam əxlaqının hakim olması üçün səy göstərərək bu təlqini təsirsiz hala gətirməlidirlər.
Dəccal hər cür üsulla Mehdiyyəti gizlətməyə, dolayı şərhlər verməklə öz aləmində dəyişdirməyə cəhd göstərəcək. Bunun üçün də, Mehdiyyəti inkar etdirərək, Mehdiyyəti inanmaq mümkün olmayan bir şey kimi göstərərək, Mehdiyyətdən heç bəhs etdirməyərək, Mehdiyyəti əsrlərlə sonraya saxlayaraq, Mehdiyyəti “mənəvi şəxs” kimi düşündürərək, “Mehdi gəlib keçmişdir” yalanına inandıraraq bu həqiqətdən insanları tamamilə uzaq tutmaqdadır.
Dəccal sözünün lüğət mənasından biri, həqiqəti tərsinə göstərən, yaxşını pis, pisi yaxşı göstərəndir. İnsanların maddi və mənəvi təxribata uğramasını istəyən, fitnə və fəsadın yayılmasını istəyən dəccal, yaxşı və gözəl olan hər şeyin üzərini örtəcək, həqiqətləri ört-basdır edəcək və bu şəkildə insanların həqiqəti tapmalarına maneə törətməyə çalışacaq. Axırzamanın ən böyük və ən mühüm gözəlliyi, Hz. İsa və Hz. Mehdi çağında yaşamağımızdır. Dəccal da ən çox bu mövzuda fəaliyyət göstərəcək. Dəccal və onun tərəfdarları Hz. İsanın gəlişini və Mehdiyyəti gizlətməyə, dolayı izahlar verməyə və öz aləmində dəyişdirməyə cəhd göstərəcəklər. Uca Allah Quranda, qəlbində xəstəlik olan bəzi kəslərin: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir” deyəcəklərini bildirmişdir:
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və Onun Elçisi bizə ancaq yalan vədə vermişdir”- deyirdilər. (Əhzab surəsi,12 )
Bu ayə eyni zamanda, Hz. İsa və Hz. Mehdinin gəlişindən ümidini kəsən kəslərin vəziyyətinə də işarə edir. Çünki bu kəslər Dəccalın təsirinə girərək, Peyğəmbərimizin hədisləri ilə müjdə verdiyi “Hz. İsa və Hz. Mehdinin gəlişini inkar edir” və Peyğəmbərimizin də bu mövzudakı sözlərinin guya “əsassız olduğunu” qarşıya qoyurlar.
Hal-hazırda bir çox yerdə Hz. İsa və Hz. Mehdinin gəlməyəcəyi ilə əlaqədar yazılar dərc edilir, ən əsası da məhz “İslam alimi” olaraq tanınan bəzi kəslər belə fikirlər bildirir. Halbuki bu insanların bu şəkildə “Hz. İsa və Hz. Mehdinin gəlişinin həqiqi olmadığına” və guya “boş bir vədə” olduğuna inanmaları da Peyğəmbərimizin reallaşacağını vəd etdiyi hadisələrdən biridir. Çünki Peyğəmbərimizin hədislərində, Hz. İsa və Hz. Mehdinin gəlişinin yaxınlaşdığını göstərən Axırzaman əlamətlərindən birinin, “Hz. Mehdi gəlməyəcəkmiş, Hz. Mehdi yox imiş” sözlərinin yayılması olduğu bildirilmişdir. Bu mövzudakı hədislərdən bəziləri belədir:
“İnsanların ümidsiz olduğu və HEÇ MEHDİ YOXMUŞ” DEDİYİ BİR VAXTDA HZ. MEHDİNİ göndərər.” (Əli ibn Hüsaməddin əl-Muttaki, Kitab-ul Burhan fi-Alamet-il Mehdiyy-il Axır Zaman, səh. 55)
“…ONUN (HZ. MEHDİNİN ZÜHURU ÜMİDSİZLİK ƏSNASINDADIR.” (Şeyx Məhəmməd ibn İbrahimi Numanı, Gaybeti Numanı, səh. 274)
“XALQ ZÜHURDAN ÜMİDİNİ KƏSDİYİ ANDA O, (HZ. MEHDİ) ZÜHUR EDƏCƏK! Onun zamanında yaşayıb ona kömək edənlər nə xoşbəxtdir! Ona düşmənlik bəsləyib, ona və onun əmrinə qarşı çıxanlara və onun düşmənlərindən olanlara eyvahlar olsun!” (Şeyx Məhəmməd ibn İbrahimi Numani, Gaybet-i Numanı, səh. 301)
Bu əmr (yəni qiyam) (Hz. Mehdi) çox uzandı, belə ki, ürəklərimiz daraldı və dərin hüzündən ölürük. Buyurdu ki: “BU ZÜHUR, DAHA ÜMİDSİZ VƏ HÜZNÜN DAHA ÇOX OLDUĞU BİR ZAMANDA BAŞ VERƏCƏK.” (Şeyx Məhəmməd ibn İbrahimi Numani, Gaybet-i Numanı, səh. 208)
Bədiüzzaman Səid Nursi də Hz. Mehdinin imanın nuru ilə aydın olacağını və onu fərq edərək yanında olacaq kəslərin çox az sayda olacağını belə bildirməkdədir:
“Bu vəzifənin istinad etdiyi qüvvət və mənəvi ordusu tək ixlas, sədaqət və birlik sifətlərinə tam sahib olan bəzi tələbələrdir. Nə qədər də az olsalar, mənəvi olaraq bir ordu qədər qüvvətli və qiymətli sayılarlar. O zaman, o müqtədir ordu, Ali Məhəmməd və Hz. Mehdinin ən xas ordusudur.” (Əmirdağ Lahikası, səh. 259)
İmam Zeynal Abidin belə buyurmuşdur:
“BİZİM QAİMİMİZ (HZ. MEHDİ) İLƏ ALLAHIN RƏSULLARI ARASINDA BİR SIRA BƏNZƏRLİKLƏR VARDIR. NUH, İBRAHİM, MUSA, İSA, EYYUB VƏ MƏHƏMMƏD VƏ PEYĞƏMBƏRLƏRİN HƏR BİRİ İLƏ BİR BƏNZƏRLİYİ VARDIR… Hz. İsa ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bəzi insanların, “Hz. Mehdi gələcək”, bəziləri də “gəlməyəcək” deməsində)… bənzərliyi vardır.” (Kemaluddin səh. 322)
Hz. İsanın nüzulunun və Hz. Mehdinin gəlişinin gizlənməsi üçün icra edilən bütün səylər boşdur. Bu iki mübarək hadisə, Allahın vədidir və reallaşacaq. Necə ki, Axırzaman əlamətlərinin bir-biri ardınca reallaşdığı bu dövr, Hz. İsanın ikinci dəfə yer üzünə gəlişinin çox yaxınlaşdığını və Hz. Mehdinin ortaya çıxdığını göstərməkdədir. Allahın icazəsi ilə bu iki mübarək şəxs, tam olaraq Peyğəmbərimizin hədislərində ifadə edildiyi şəkildə zühur edəcək və bütün yer üzündə İslam əxlaqını hakim edəcəklər.
Hz. İsa və Hz. Mehdinin gəlişinə və İslam əxlaqının dünya hakimiyyətinə işarə edən Quran ayələrindən bəziləri:
(Sizi hələ) sevdiyiniz başqa bir şey (bir nemət) də – Allah dərgahından kömək və yaxın qələbə gözləyir. (Ya Peyğəmbər!) Möminlərə müjdə ver! (Saff surəsi, 13)
Biz kitabdan sonra Zəburda da torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq. (Ənbiya surəsi, 105)
Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə – yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar (möminlər) üçün onların Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir! (Nur surəsi, 55)
Allah: “And olsun ki, Mən və peyğəmbərlərim qalib gələcəyik!” – deyə yazmışdır. Həqiqətən, Allah yenilməz qüvvət sahibi, qüdrət sahibidir! (Mücadələ surəsi, 21)
Onu (islamı) bütün dinlərdən üstün etmək üçün Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. Allahın şahid olması kifayət edər! (Fəth surəsi, 28)
Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün Peyğəmbərini hidayət yolu və haqq din ilə göndərən Odur. (Tövbə surəsi, 33)
Sonra da nə edəcəyinizi görmək üçün sizi yer üzündə onların xələfləri etdik. (Yunis surəsi, 14)
Zəif qövmü (İsrail oğullarını) yerin bərəkət verdiyimiz şərq və qərb tərəflərinə varis (hakim) etdik. Səbir etdiklərinə görə Rəbbinin İsrail oğullarına verdiyi gözəl söz yerinə yetdi. Firon və qövmünün düzəltdikləri və ucaltdıqları (binaları) isə məhv etdik. (Əraf surəsi, 137)
Onlar ağızları (sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki inkar edənlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır. (Saff surəsi, 8)
(Allah) sizə onların yerlərinə, yurdlarına və mallarına, üstəlik də ayağınız dəyməyən bir yerə varis etdi. Allah hər şeyə qadirdir! (Əhzab surəsi, 27)
O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Həcc surəsi, 41)

