(Döyüşdə) kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə (əsirlərə bağladığınız) kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək. Bax belə! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O, sizi biri-birinizlə sınağa çəkmək üçün (belə etdi). Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. (Məhəmməd surəsi, 4)
Başqa ayələrdə olduğu kimi, bu ayədə də savaş mühiti diqqəti cəlb edir. Müqavilə şərtləri pozulmuş, müşriklər hücuma keçmiş, bu hücuma cavab verməkdən başqa çıxış yolu qalmamışdır. Bu ayədə təsvir edilənlər beynəlxalq savaş hüquqlarıdır. Üstəlik, burada beynəlxalq hüquqda tətbiq olunmayan şey də vardır və belə ki, müharibədən sonra əsirlər sərbəst buraxılır. Halbuki hal-hazırda Quantanamoda savaş əsirləri hələ də həbsdə saxlanılır və BMT, NATO kimi təşkilatlar bunu məqbul hesab edirlər. Halbuki Quran bunu normal qarşılamır. İslama görə, müharibənin sona çatması üçün əsirlər mütləq sərbəst buraxılmalıdır.
Müharibə ilə əlaqəli ayələr həmin dövrün şərtlərinə uyğun müdafiə savaşlarına aiddir və məlumdur ki, müharibə hücuma ilk başlayan fitnəkar müşrik və münafiqlərə qarşı aparılmışdır. Bu ayələrin mənasının dəyişdirilib radikalların nifrət və qəzəb siyasəti üçün istifadə olunmasının ən böyük səbəbi yüzlərlə saxta hədisin İslama daxil edilməsi və bir çox təfsirçilərin yanlış şərhləridir. Halbuki Quran İslama sonradan əlavə edilən saxta hədislərdən və xurafatlardan təmizlənərək açıq zehinlə oxunmalıdır. Dövrün müharibə mühiti nəzərə alınarsa, ayələrin mənaları olduqca açıq-aydındır.

