İslam əxlaqının möminlərə qazandırdığı keyfiyyət

Quran insanın ömrü boyu ehtiyacı olan bütün suallara cavab verən, həyatın hər sahəsində yol

Quran insanın ömrü boyu ehtiyacı olan bütün suallara cavab verən, həyatın hər sahəsində yol göstərən, hər problemə ən mükəmməl, ən ağıllı həll yolları təqdim edən İlahi kitabdır. Allah Quranda insanların ehtiyacı olan hər mövzunu açıqlamışdır. Gündəlik həyatda rast gəlinən bir hadisədən həyati əhəmiyyətli məsələyə qədər hər sahədə necə davranmaq lazım olduğu Quranda müxtəlif nümunələrlə bildirilmişdir. Quranın bu xüsusiyyəti ayələrdə belə bildirilir:

…Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Bütün bu məlumatlara yiyələnən mömin həyatının hər anında üstün əxlaq anlayışı qazanır. İmanından qaynaqlanan Allah qorxusu ilə “Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!” (Ənfal surəsi, 29) ayəsində bildirildiyi kimi, doğru ilə yanlışı ayırd edəcək ağıla malik olar. Uca Allahın bir rəhməti olaraq həyatının hər anında ona yaxşı ilə pisi ayırd etmək üçün ilham verən vicdanı sayəsində yaxşını asanlıqla görər.

Bütün həyatını bu şəkildə Allahdan qorxub çəkinərək, Allahın rizasına uyğun əməllər edərək və vicdanını dinləyərək keçirər. Quranın “Onlar Allaha, axirət gününə inanır, yaxşı işlər görməyi əmr edir, pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər.” (Ali İmran surəsi, 114) ayəsi ilə bildirildiyi kimi, hər an xeyir işlər görməkdə yarışaraq və saleh əməllər edərək Allahın rizasını və cənnətini qazanmağa çalışar. Başqa bir ayədə isə “Allah doğru yolda olanların doğruluğunu artırar. Davamlı olan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır!” (Məryəm surəsi, 76) şəklində bildirilən həqiqəti bildiyi üçün gördüyü yaxşı işlərdə qətiyyətli olar. Bu qətiyyət və davamlılıq onu dünyada üstün əxlaq səviyyəsinə çatdırar.

İslam əxlaqı ilə yaşamaq üçün ciddi səy göstərmək insanları hər cür pis əməldən uzaqlaşdırıb gözəl davranışlara sövq etməklə yanaşı, möminlərə üstün keyfiyyət anlayışı da qazandırır. Ona görə, tamamilə Quran əxlaqı ilə yaşadıqda insanların yetişdiyi mühit, şərait, təhsil və mədəni səviyyə, bilik və etika anlayışı nə olsa da, bu keyfiyyət insanların bütün davranışlarında özünü göstərir. Davranış tərzindən danışıq üslubuna, oturub-qalxmasına, geyim tərzinə və təmizliyinə, estetika və incəsənət anlayışından süfrə mədəniyyətinə, yerişinə, zarafat anlayışına qədər hər sahədə bu xüsusiyyətləri diqqət çəkir.

Səhər oyandıqları andan gecə yuxuya gedənə qədər etdikləri hər işdə Quran əxlaqına görə düşünməyə, danışmağa və hərəkət etməyə böyük diqqət göstərirlər. Bütün davranışları, söhbətləri, estetik zövqləri, incəsənət anlayışları və etikaları ilə digər insanlara nümunə olurlar. Bu xüsusiyyətləri ilə birlikdə olduqları insanlara xoş təsir edir, fayda verir, həmişə xeyirə səbəb olur və davranışları ilə ətrafına daima gözəllik bəxş edirlər.

Möminlər Quran əxlaqının qazandırdığı bu cür üstün keyfiyyət anlayışının İslamın bütün dünyaya təbliğ edilməsində nə qədər mühüm yer tutduğunu anlayırlar. Hər şeydən əvvəl, iman gətirən insan sözləri ilə olduğu qədər əməlləri ilə də ətrafındakı insanlara Quran əxlaqını təbliğ edir. Buna görə, bir mömin dərk edir ki, Quran ayələrində bildirilən bütün gözəl əxlaqi xüsusiyyətləri və davranış incəliklərini, əvvəla, özü tətbiq etməli və başqalarına da nümunə olmalıdır.

Çünki keyfiyyətsizlik, əslində, İslam düşməni, daxildən müsəlmanlara zərər verən, Quran əxlaqının təbliğinə mənfi təsir edən gizli qüvvədir. İslam əxlaqını müdafiə edərkən və digərlərini də Quran əxlaqı ilə yaşamağa dəvət edərkən insanın özünün Quran əxlaqını lazımı qədər yaşamaması, dərin imana yaraşmayan əməllər etməsi gizli olaraq İslam əxlaqının təbliğinə zərər verən davranışlardır. Keyfiyyətsiz insanların Quran əxlaqına zidd davranışlarla gözəl əxlaqı və keyfiyyəti müdafiə etməsi insanlar üzərində lazımi təsirin meydana gəlməsinə mane ola bilər.

Bir çox insan onlara gözəl əxlaqı təbliğ edən insanların əməllərindəki bu çatışmazlıqlara görə mənfi təsirlənir. Bu vəziyyət onların Quran əxlaqı haqqında yanlış rəy əldə etməsinə və məhz bu cür insanların davranışlarına görə İslamdan uzaqlaşmalarına səbəb olur. Bu cür yanlış yanaşma keyfiyyətli müsəlman yetişdirilməsində də faydasız olur.

Unutmaq olmaz ki, hər mömin tək başına İslamı və bütün müsəlmanları təmsil edən mühüm məsuliyyəti üzərinə götürmüşdür. Həyatının hər anında harada, hansı şəraitdə və hansı insanlarla birlikdə olsa da, Qurana uyğun həyat tərzindən əl çəkməməlidir. Olduğu mühitə, ünsiyyətdə olduğu insanların əxlaqına, mövqeyinə və ya maddi vəziyyətinə, gördüyü işə, iştirak etdiyi söhbətin mövzusuna görə dəyişməməlidir. Çünki belə bir davranış Quran əxlaqına ziddir. Allah Quran ayələrində, həmişə yaxşı işlərin qəbul edildiyini bildirir. Mömin həyatının sonuna qədər Allahın ən çox razı qaldığı əməllərdə qətiyyətli davranar. Allahın rizasına uyğun olmadığını bilə-bilə, Quran əxlaqına zidd hərəkətlər etməz. Allahın Quranda bildirdiyi və təriflədiyi təqva əxlaqına uyğun olan da budur.

Onlar: “Ey Rəbbimiz! Bizə gözümüzü aydınladan zövcə və nəsillər bəxş et və bizi müttəqilərə rəhbər et!” – deyərlər. (Furqan surəsi, 74)

Buna görə, bütün möminlər bu həqiqət üzərində düşünməli, bu cür nöqsanın İslamın adına necə mənfi təsir göstərəcəyini dərk etməlidirlər. Bundan əlavə, unutmaq olmaz ki, İslam əxlaqını və Qurana uyğun mömin davranışını insanlara yanlış tanıtmaq insanın boynuna axirətdə böyük məsuliyyət qoyur.

Belə bir keyfiyyətsizlikdən xilas olmağın yolu isə olduqca asandır. Həll yolu Allahdan səmimi şəkildə qorxmaq və tam şəkildə Quran əxlaqı ilə yaşamaqdır. Allahdan lazımınca qorxub-çəkinmək, hər an, hər yerdə vicdanını dinləmək insanı keyfiyyətsiz davranış, söhbət və düşüncə tərzindən tamamilə çəkindirir. Quranda insanın nəfsini Qurana zidd əməllərdən çəkindirməsi ilə xilas olacağı belə bildirilir:

Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür. (Şəms surəsi, 9-10)

Digər ayələrdə isə Qurana tamamilə əməl edən insanın şan və şərəf qazanacağı və qaranlıqdan nura çıxacağı belə müjdələnir:

…Biz onlara Zikrlərini (Quranı) gətirdik. Ancaq onlar Zikrlərindən üz çevirirlər. (Muminun surəsi, 71)

Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər… (Maidə surəsi, 16)