İslam əxlaqının dünyaya hakim olması

İslam dünyasının yerləşdiyi ərazi qərbdə Afrikanın Atlantik okeanı sahillərində yerləşən

İslam dünyasının yerləşdiyi ərazi qərbdə Afrikanın Atlantik okeanı sahillərində yerləşən Mərakeş və Mavritaniyaya, şərqdə isə Sakit okeanı sahillərindəki İndoneziyaya qədər uzanır. Bu böyük ərazidə yaşayanların təxminən 1,6 milyard olan müsəlman əhalisi son iki əsrdə sırf müsəlman olduqları üçün müxtəlif hücum, təzyiq, terror və hətta qırğınlara məruz qalmışdır. Çünki bir çoxu müsəlman olmayan və ya müsəlman olduğunu söylədiyi halda, aldığı darvinist-materialist təhsilə görə İslam əxlaqından uzaq bəzi rəhbərlərin hakimiyyəti altında yaşamaq məcburiyyətindədir. Ancaq İslam dünyasının yaşadığı bu mənfi kimi görünən hadisələri və çətinlikləri Allah İslam dinini dünyaya hakim etmək üçün hikmətlə yaratmışdır.

“Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda cəhd edənləri sevir.” (Saff surəsi, 4) ayəsində xəbər verildiyi kimi, Allah Quranda müsəlmanları bir millət, bir birlik kimi qəbul edir. Dünyanın istənilən yerində bir müsəlmana zərər gəldiyi zaman ayənin hökmünə əsasən, bütün müsəlmanlar birləşməlidirlər. Bu, fərz olan Quran ayəsidir. Həmçinin bu ayə müsəlmanların birləşməsinin və ittihadi-İslamın əhəmiyyətinə də diqqət çəkir.

Müsəlmanlar darvinizm və materializmin verdiyi zərərlərin qarşısını almaq məqsədilə bir-birləri ilə birləşəndə Allahın izni ilə yer üzündən fitnə qalxacaq. Allah bir ayədə müsəlmanların birləşmədiklərində yer üzündə böyük fitnə olacağını belə bildirir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)

Unutmaq olmaz ki, Allahın müsəlmanların birləşmələrini əmr etdiyi ayələr namaz qılmaq və ya oruc tutmaq barəsindəki ayələr qədər açıqdır. Bu ayələrdə Allah “bir qisminiz namaz qılın, bir qisminiz qılmayın” və ya “bir qisminiz oruc tutun, bir qisminiz tutmayın” şəklində əmr etmir. Ayələr bütün müsəlmanlara aiddir. “Birləşin” əmri də bu şəkildə bütün müsəlmanlar üçündür.

Üstəlik, Allahın “Birləşin” əmri yalnız müsəlmanlara qarşı edilən zülm və təzyiqləri əhatə etmir, müsəlmanlar öz ölkələrində yaşayan xristian və musəviləri, hətta müşrikləri də qorumaqla mükəlləfdirlər. Bu həqiqət ayədə belə bildirilir:

Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün xatircəm olduğu yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir camaatdır. (Tövbə surəsi, 6)

Bəzi insanlar və müsəlman ölkələrin bir qismi Allahın bu əmrini anlamazlıqdan gəlirlər. Çox az sayda müsəlmanın yoxsullara kömək etmək üçün təşkil etdiyi kiçik maddi yardımlar və ya bəzi ölkələrin zülmdən qaçanları mühacir kimi qəbul etmələri problemləri kökündən həll etmir. Problemlərə bu cür yanaşma tərzi çox səthidir və nəticəsi yoxdur. Ancaq İslam Birliyi meydana gəlsə, problemlər kökündən həll edilər. Allah problemlərin kökündən həll edilməsinin lazım olduğunu bir ayədə çox açıq şəkildə bildirir:

Fitnə aradan qalxana qədər və din tamamilə yalnız Allaha həsr edilənədək onlara qarşı cəhdə edin! Əgər (şirkə) son qoysalar, (bilsinlər ki,) Allah onların etdiklərini görür. (Ənfal surəsi, 39)

Allah insanlara zülm etməz, O, həmişə qullarının yaxşılığını istəyər. Müsəlmanlara qarşı hücumların təşkil edilməsi, təzyiq, şiddət və zülmün artması xüsusi hikmətlə yaradılmış hadisələrdir. Çünki bu cür hadisələr müsəlmanların hamiyəti-İslamın (İslamı qorumaq arzusu) artmasına səbəb olar. Əgər Allah bu cür hadisələr yaratmazsa, insanlar böyük ətalətə düşər. Çünki Allah insanların nəfslərini imtahan etmək üçün tənbəlliyə, eqoizmə, xəsisliyə meyilli yaratmışdır.

Lakin müsəlmanlar şəhid edildiyində, xüsusilə qadınlara, uşaqlara və yaşlılara qarşı zorakılıq tətbiq olunduqda müsəlmanların hamiyəti-İslamı coşur. Hamiyəti-İslamın coşmasının səbəbi Allahın insan ruhunda qoruma hissini yaratmasıdır. Zəif, məzlum, fiziki cəhətdən gücsüz insanların əziyyət çəkməsi, özünü müdafiə edə bilməyən insanların şəhid edilməsi, onlara əzab verilməsi vicdanlı insanları qəzəbləndirir. Bu da haqsızlığa qarşı birləşmək istəyini qüvvətləndirir.

Allah gücsüz və zəif insanlara edilən əziyyətin müsəlmanlarda meydana gətirəcəyi təsiri bir ayədə belə bildirmişdir:

Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)

Allah bu təzyiq, zülm və işgəncələri bəndələrini sınamaq üçün xüsusi olaraq yaradır. Əslində, Allahın bu cür imtahanlara ehtiyacı yoxdur. Çünki insanların etdiklərini və edəcəklərini yaradan Allahdır. Allah sonsuz qısa zaman içində, yəni bir anda, sonsuz uzun zamanı yaratmış və hər şey bu qısa zaman içində nəticələnmişdir. Cənnətdə qulların: “Mən mübarizə apardım, Allah yolunda cəhd göstərdim, çətinliklərə dözdüm, əzab çəkdim, Allah üçün hər cür fədakarlığı etdim, səbir etdim, kömək etdim”, – deməsi üçün bu hadisələri yaradır. Əvvəl İslam dünyasında çətinliklər, təzyiq yaradır, sonra hz. Mehdini çıxarır, İslamı dünyaya hakim edir və bu hadisələrə insanları vəsilə edir. Bu, çox böyük bir həyəcan yaradır. Allah bu şəkildə insanın özünü sevdirir və cənnətdən daha çox zövq almalarını təmin edir.

Unutmaq olmaz ki, anarxiya, terror və şiddət hadisələrini, diktatorları Allah İslam əxlaqını dünyaya hakim etmək üçün xüsusi olaraq yaradır.

Allahın bizi sınamağa ehtiyacı yoxdur. Çünki bizim nə edəcəyimizi yaradan Odur. Sonsuz qısa zamandır an. Sonsuz qısa zaman içərisində sonsuz uzun zamanı yaratmışdır Allah. Hamısını bitirmişdir. “Allah istəməsə, siz istəyə bilməzsiniz.” (İnsan surəsi, 30) – buyurur Allah ayədə. “Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz…” (Təğabun surəsi, 11) – buyurur. Yəni bir müsibət baş verəcəyi zaman, mütləq əvvəl Allah diləyir, sonra o meydana gəlir. Bunun mənası “Hər şeyi mən yaradıram”, – deyir Allah.

Bizim nə olduğumuzu Allah bizə göstərir. Öz şəxsiyyətimizi görürük, o zaman cənnət bizim üçün mənalı olur. “Mən mübarizə apardım, səy göstərdim, çətinliklərə səbir etdim, əzab çəkdim, Allah üçün hər cür fədakarlığı etdim”, – deyir. Halbuki hamısını Allah edir, insan ondan zövq alır, xoşuna gəlir axirətdə. İslamı dünyaya hakim etmək üçün Allah tərəfindən xüsusi olaraq yaradılır hər şey, hər hadisə.

Dünya tarixində bütün hadisələr “… Allahın əmri əzəldən müəyyən edilmiş bir hökmdür” (Əhzab surəsi, 38) ayəsində bildirildiyi kimi, Allahın təyin etdiyi qüsursuz taleyə görə reallaşır. Tarixə düşmüş bütün müharibələr, sülh sazişləri, fəlakətlər, ideologiyalar, siyasi və iqtisadi dəyişikliklər, kəşflər, bütün hadisələrdə rol oynayan insanlar və saymaqla bitməyən detalların hamısı Allahın idarəsindədir və Onun hikmətli yaratmasının bir hissəsidir. Bu səbəbdən, yaxın tariximizdə dünyada baş verən bütün hadisələri bu yöndən qiymətləndirmək lazımdır. Rəbbimiz Axırzamanda dünyada baş verən bütün hadisələri hz. İsa və hz. Mehdinin zühuruna zəmin olaraq yaradır. Bu hadisələr dünyanı, Allahın izni ilə, həm İslam birliyinə, həm də mehdiyyət mövzusuna yaxınlaşdırır. Bu müjdəli xəbərlərin reallaşması isə Allahın izni ilə çox yaxındır. İnananlar İslamın gəlişindən sonra dünya tarixinin ən xüsusi və ən görkəmli zamanlarından biri olan bu günləri həyəcan və coşğu ilə gözləyirlər. O dövrdə Allahın izni ilə bu ayələr təcəlli edəcək:

Allahın köməyi və zəfər gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! (Nəsr surəsi, 1-3)