Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur. (Səff surəsi, 9)
Burada hər kəs Allahın İslam əxlaqının hakimiyyətindən bəhs etdiyini anlayar. Küfr istəməsə də, münafiqlər, bəzi saxtakar hocalar, holdinqçi bəzi kəslər, Evanjeliklər, masonlar istəməsə də Allah üstün etmək üzrə göndərdim və bunu edəcəyəm deyir. “Hidayətlə göndərən Odur” -deyir Allah. Çox dəqiqdir, ikinci bir mənası yoxdur.
Peyğəmbərimizin (s) Axırzaman hədislərindəki məlumatlara görə Uca Allah gözəl əxlaqdan uzaqlaşan insanları, degenerasiyaya məruz qalan cəmiyyətləri doğru yola çatdırmaq üçün “Mehdi”, digər bir ifadə ilə “doğruya aparan” xüsusiyyətini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək.
Hz. Mehdi (ə.s) Allahın izni ilə bəşəriyyəti ağuşuna alan bütün bu qarışıqlıqlara, ictimai problemlərə, sosial çətinliklərə həll yolu gətirəcək. Bütün yer üzünə səadət, hüzur, sülh və gözəl əxlaq hakim olarkən, hz. Mehdi (ə.s) İslamı bütün təhriflərdən, xurafatdan təmizləyərək əsl Quran əxlaqının yaşanmasını təmin edəcək və Allahın izni ilə bir çox insanın Cənnəti qazanmasına vəsilə olacaq.

