İslam əxlaqını başqalarına da izah etmək lazımdırmı?
Allah bütün insanları İslam dinini yaşamaqla məsul etmişdir. Dinin varlığından xəbərdar olan hər insan, axirətdə Qurana uyub əməl etmədiyinə görə hesab verəcək. Buna görə Allahın əmr etdiyi din əxlaqını yaşayan insanların, Quranın gərəyi olan gözəl əxlaqı digər insanlara da izah etməsi, onları doğru olana çağırması, insanlara yaxşılığı tövsiyə etməsi və onları pisliklərdən uzaqlaşdırması lazımdır. Allah Quranda insanlara belə əmr etmişdir:
“Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır.” (Ali İmran surəsi, 104)
