Allah bütün insanları İslam dininə uyğun yaşamağa məsul etmişdir. Dinin varlığından xəbərdar olan hər bir insan axirətdə Qurana əməl edib-etmədiyi barədə sorğu-sual olunacaq. Buna görə də, Allahın əmr etdiyi din əxlaqını yaşayanlar Quranın tələb etdiyi gözəl əxlaqı başqalarına izah etməli, onları doğru yola dəvət etməli, insanlara yaxşılıq etməyi tövsiyə etməli və onları pislikdən çəkindirməlidirlər. Allah Quranda insanlara belə əmr etmişdir:
Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır. (Ali İmran surəsi, 104)

