İslam əxlaqında ailənin yeri

İnsanların böyük hissəsi dinin yalnız bəzi ibadətlərdən ibarət olduğunu zənn edirlər

İnsanların böyük hissəsi dinin yalnız bəzi ibadətlərdən ibarət olduğunu zənn edirlər. Halbuki din insan həyatının hər anını əhatə edir, insanlara Qurana uyğun düşüncə tərzi və gözəl əxlaq qazandırır.

Dininə bağlı, səmimi müsəlman Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün həyatının hər anında Quranda təsvir edilən üstün əxlaqı yaşamağa cəhd göstərir. Heç bir zaman və heç bir mühitdə dürüstlüyündən, səmimiyyətindən, gözəl rəftardan, hörmətindən və sevgi dolu hərəkətlərindən əl çəkmir. Buna görə də, Quran əxlaqına sahib olan insanlardan formalaşan cəmiyyətlərdə hər insanın həsrət çəkdiyi bu üstün xüsusiyyətlər yaşanır.

Məsələn, Quran əxlaqına uyğun həyat yaşayan bir ailədə müasir dövrdəki bir çox ailələrin yaşadığı problemlərin heç biri yaşanmaz. Hal-hazırda ana və ataya itaətsiz, doğru ilə yanlışı bir-birindən ayıra bilməyən, təcavüzkar, uşaqlarına doğru ilə yanlışı izah edə bilməyən, onları başıboş buraxan, öz aralarında da bir-birini başa düşməyən ana-atalara çox tez-tez rast gəlinir. Bu evlərdə sevgi, hörmət, mərhəmət və şəfqət yerinə, davakarlıq və təhqir hakimdir. Halbuki Quran əxlaqı yaşandıqda ana-ataya itaət edən, hətta Allahın əmrinə görə onlara “of” belə deməyən, doğru və yanlışı hələ kiçik yaşlarından etibarən ayırd edən, vicdanına uyaraq pis davranışlardan uzaq duran uşaqlar yetişər. Uşaqlarını din əxlaqı ilə yetişdirərək dövlətə və millətə xeyirli insanlar olmaları üçün səy göstərən, öz aralarında da sevgi və hörməti yaşayan, davranış və danışığı ilə uşaqlarına nümunə olan ana-atalar ortaya çıxar. Qısacası sevgi, hörmət və həmrəylik içində bir-birinə bağlı ailələr meydana gələr.

Ailə isə bir dövlətin ən fundamental vahididir. Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu zəif, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış bir dövlətin güclü olması mümkün deyil.

Xüsusilə, dinsiz cəmiyyətin hədəf alındığı bəzi ölkələrdə, bu əxlaqi degenerasiya çox böyük surət qazanır və bu da cəmiyyətin hər addımında özünü göstərir. Bu cür cəmiyyətlərdə həyat yalnız qarşılıqlı maddiyyat üzərində qurulur.

Bir-birlərinə çox yaxın ailə fərdləri arasında da sevgi, qardaşlıq, həmrəylik, fədakarlıq və sədaqət duyğuları kimi mənəvi hislərin zəifləsə, o millətin varlığını davam etdirməsi çox çətin olar və bu kimi hallar bütün cəmiyyəti bürüyər. Məktəblərdə, dost məclislərində sevgi və hörmət kimi ülvi hislər yerinə həsəd, ikiüzlülük, təkəbbür, dedi-qodu kimi pis rəftarlar ortaya çıxar. İş yerlərində də bütün sistem maddi münasibətlər üzərinə qurular. Heç kəs bir-birinin haqqını qorumaz, ədalətlə rəftar etməz, məzlumlara qarşı şəfqət və mərhəmət hissi olmaz. Qısacası, belə millətin fərdlərinin bir yerdə hüzur və sülh içində yaşamaları qeyri-mümkün olar.

Dinin gətirdiyi Quran əxlaqını yaşayan cəmiyyətlərdə isə dövlətinə və millətinə faydalı vətəndaş, ailəsini sevən və qoruyan övlad, əxlaqı ilə nümunə olan ana-ata formalaşar. Beləliklə, pis əxlaq xüsusiyyətlərinə rast gəlinməz. Bu cür təməli möhkəm cəmiyyətdəki bir millətin ömrü uzun, həyatı dinc, birlik ruhu da çox güclü olar. Allah Quranda bir millətin birlik və güclü olmasının sirrini belə bildirmişdir:

Allah və Onun Peyğəmbərinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir. (Ənfal surəsi, 46)

Ailə quruluşu güclü olan bir millətin dövlət quruluşu da çox güclü olar. Ancaq ailə quruluşu zədələnmiş, mənəvi dəyərlərini itirmiş, fərdləri arasında sevgi, hörmət, birlik və vəfa duyğuları korlanmış dövlətin güclü olması mümkün deyil.

Allah qorxusu dünya həyatında möminin ən böyük dayağıdır. Çünki Allah qorxusu insanı hər anında Allahın istədiyi kimi davranmağa, Onu razı etmək üçün şeytanın və nəfsinin istəklərindən çəkinməyə, onların hiylə və oyunlarına qarşı ayıq və tədbirli olmağa sövq edir.