İslam bütün dinlərə tolerantlığı, sevgini, bərabərliyi əmr edir, xurafatı, terroru, xaosu isə qadağan edir

Şükür edənlərə nemətlərin artırılması sirri

Allah möminlərin quran əxlaqına qarşılıq olaraq Quranda bir sirr bildirmişdir. Bu sirr, Allahın şükür edənlərə nemətlərini artıracağıdır. Məsələn sağlamlığı və gücü üçün şükür edən müsəlmanın Allah gücünü və sağlamlığını daha da artırar. Elmi və ya mülkü üçün şükür edənlərə Allah daha çox elm və mülk verər. Bu, onların Allahın verdikləri ilə kifayətlənən, sahib olduqları nemətlərə sevinən, səmimi və Allah ilə dost insanlar olmalarındandır. Allah bu sirri Quranda belə bildirmişdir:

Əgər şükür etsəniz, mütləq sizə (nemətimi) artıracağam. Əgər nankorluq etsəniz, (bilin ki,) həqiqətən, əzabım çox şiddətlidir!
(İbrahim surəsi, 7)

Şükür edənlərdən olmaq, o insanın Allaha yaxınlığının, dostluğunun və Allaha olan sevgisinin də bir göstəricisidir. Şükür edən insanlar, daim hər hadisədə Allahın yaratdığı gözəllikləri və nemətləri görə bilmə anlayışına və qabiliyyətinə sahibdirlər. İnkarçı və ya nankor insan, ən gözəl mühitdə belə həmişə nöqsanları, qüsurları görər, bədbəxt və ya narahat olarlar. Allahın yaratmasının bir hikməti olaraq da bu insanların qarşılarına həmişə tərslik kimi görünən hadisələr, gözəl olmayan görüntülər çıxar. Halbuki gözəl və səmimi bir baxışa sahib insanlar üçün də Allah həmişə gözəllikləri və nemətləri artıraraq göstərər.