Rəbbimizin şəfqət və mərhəmətinin nəticəsi olaraq əsrlər boyu göndərilmiş bütün haqq dinlər həmişə asan tətbiq edilən hökmlərdən ibarət olmuşdur. Çünki Allah insanlar üçün daim asanlıq diləmiş və “Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir…” (Bəqərə surəsi, 185) ayəsi ilə də bu həqiqəti xəbər vermişdir.
Allahın hədlərinə riayət edən insan həm də yaradılışına uyğun olan gözəl həyatı yaşayan insandır. Ancaq tarix boyu din əxlaqını əslindən uzaqlaşdıran və üstün əxlaqın yaşanmasına mane olmaq üçün müxtəlif üsullara əl atanlar dinə bir çox xurafatlar qatmağa çalışmışdır. Bunun nəticəsində də insanların qəsdən və ya bilməyərək din əxlaqından uzaqlaşmalarına səbəb olmuşlar
Halbuki, Allah bizə din əxlaqının yaşanmasının səmimi insanlar üçün çox asan olduğunu bildirir. Rəbbimiz Rəsulullah (s.ə.v) vasitəsilə İslam dinini göndərmiş, təhrif edilmiş xristianlıq və musəviliyin insanlar üzərində meydana gətirdiyi ağır təzyiqləri aradan qaldırmışdır.
Fanatizm insanların ağlını bulandıran, din əxlaqını yaşamağa mane olan bir sistemdir. Tarix boyu xurafatçılığın insanlar üzərində yaratdığı təxribat dinsiz, ateist insanların təxribatlarından daha şiddətli olmuşdur. Çünki xurafatçılar Allahın əmr etdiyi din əxlaqına riayət etmədikləri üçün çox cahil olurlar. “Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə surəsi, 50) ayəsində xəbər verildiyi kimi, cahil olanlara Allahın hökmlərini izah etmək çox çətindir. Onların təcavüzkar və vəhşi xüsusiyyətləri olur. Heç vaxt məqbul danışmır, dinin həqiqi hökmlərini yaşamaq istəmirlər.

