Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi, hz. Mehdinin və Dəccalın ortaya çıxışı, qiyamətin ən böyük əlamətlərindəndir. Bir çox İslam alimi əsərlərində bu mövzuları ətraflı olaraq ələ almışlar. Mövzuyla əlaqədar hədislərdə bildirilən xəbərlər, İslam alimləri tərəfindən “təvatür” (qüvvətli xəbər) dərəcəsində qəbul edilir.
Hz. İsanın dünyaya təkrar gəlişi ilə əlaqədar Peyğəmbərimiz (s.ə.v)-in bir çox səhih hədisi vardır. İslam alimlərindən Şevkani, hz. İsanın dönüşünə dair 29 hədis olduğunu, bu hədislərin ehtiva etdiyi məlumatların da səhv olma ehtimalının olmadığını ifadə etmişdir. (Sünəni İbni Macə, 10/338)
Hz. İsanın təkrar gələcəyini və Dəccalın ortaya çıxacağını nəql edən alimlərin başında İmamı Əzəm Əbu Hənifə gəlir. Əbu Hənifə, “Fiqhi Əkbər” adlı əsərinin son hissəsində bunları bildirir:
Dəccalın, Yəcüc və Məcücün çıxması, Günəşin qərbdən doğulması, Hz. İsanın göydən enməsi və digər qiyamət əlamətləri, səhih xəbərlərdə çatdırıldığı üzrə, haqdır, olacaqdır. (Əbu Hənifə, Numan ibn Sabit (150/767), Fiqhi Əkbər, Tərcümə edən: H. Bəsri Çantay, Ankara, 1982)
İmam Suyuti də, “Əl Havi Lil Fetava” adlı kitabı və “Əl İləm bi Hukmi İsa” adlı risaləsində, mövzuyla əlaqədar bütün hədislərə yer verdikdən sonra, bu hədislərin mütəvatir olduqlarını bildirmişdir:
Hədis elminə vəqf olanlara gizli qalmayacağı üzrə, bu barədə zikr etdiyimiz bütün hədislər mütəvatir dərəcəsinə çatmışdır. Bu səbəbdən Mehdi Muntazar (gözlənilən Mehdi) haqqındakı hədisi-şəriflər mütəvatir olduğu kimi, Dəccal haqqındakı hədisi-şəriflər də təvatür dərəcəsinə çatmış olub, Hz. İsanın enişiylə əlaqədar hədisi-şəriflər də mütəvatirdir. (Suyuti, Əl Havi, 2/277)

