İslam aləminin böyük bir hissəsinin problemi Quranı tərk etməkləridir

Həqiqətən də, bu gün Quranı bir kənara qoymaq İslam aləminin böyük hissəsinin əsas problemidir

Həqiqətən də, bu gün Quranı bir kənara qoymaq İslam aləminin böyük hissəsinin əsas problemidir.

Quran tərk edildikdən sonra sıra icmaya gəldi (icma hər hansı dövrdə yaşayan din böyüklərinin qiyasa, yəni müqayisəli dəlillərə əsaslanaraq verdikləri şəriət hökmləridir). Həmin adamlar Qurana tabe olmadıqlarına görə minlərlə hədisin içində çaşbaş qalıb bu dəfə belə qənaətə gəldilər ki, hökmləri nə Quran açıqlaya bilir, nə də hədislər. Bundan sonra isə özləri İslam adından qanunlar çıxarmağa başladılar. Məzhəblər bir-birinə zidd olduğu halda, bu dəfə məzhəblərin içindəki icmalar fərqliləşməyə başladı. Hər din böyüyünün öz izahı hökm kimi qəbul edildi və hər camaat fərqli yöndəmləri əsas aldı. Bu minvalla böyük İslam cəmiyyəti məzhəblərə, siniflərə və sonda isə kiçik qruplara bölünməyə başladı. Quranı isə öz qabında bəzək əşyası kimi divardan asdılar. Bütün bu proseslərdən sonra İslam cəmiyyətlərinin böyük hissəsi Quranı tərk etdi.

İslam əleyhdarlarının bəzilərinə nəzər salsaq, görərik ki, onların da problemləri xurafatçılarla eynidir. Onlar da İslamı Qurandan öyrənmirlər. Eyni xurafatçıların etdiyi kimi, onlar da İslamı uydurma hədislər, adət-ənənə və bir neçə din adamının Qurana uyğun olmayan icmaları əsasında dəyərləndirirlər. Onlara görə, İslam xurafatçıların həyatı və əməlləridir və yenə onlara görə, İslam Qurandakı din deyil, tarixçilərin xəyal gücüdür. Onlar Quranın deyil, həmin uydurma dinin əmrlərinə şəriət kimi baxırlar. Quranın ehtiva etdiyi dəyər və anlayışlardan xəbərləri yoxdur, lakin xurafatçıların saxta dinlərinin bütün qaydalarını çox yaxşı bilirlər. Bu saxta dinin qaydalarını tənqid edərkən elə zənn edirlər ki, İslamı tənqid edirlər. Xurafatçıların dininə elə sahib çıxırlar ki, bunun İslam olmadığını deyəndə heç inanmırlar. Bu da həddindən artıq böyük xətadır.

Həmin şəxslər əgər ideoloji din əleyhdarı kimi İslama qarşı deyillərsə və xurafatçı zehniyyətin qaranlığından, doğurdan da, çıxış yolu axtarırlarsa, buna inanmaq məcburiyyətindədirlər. Onların dini İslam deyil. Bir müsəlman üçün Quran təkbaşına kifayətdir. Qurana uyğun olan hədislər səhihdir. Qurana zidd olan hədisin İslamda yeri ola bilməz. Əgər bir müsəlman Quranda İslamı tapa bilmirsə, deməli, başqa din axtarır. O dinin şəriəti isə İslam deyil.