İslam aləmi Quranı tərk etdi

Müsəlmanların bəziləri illər boyunca saxta hədislərə və bəzi dırnaqarası alimlərin dinə daxil

Müsəlmanların bəziləri illər boyunca saxta hədislərə və bəzi dırnaqarası alimlərin dinə daxil etməyə çalışdığı mövhumatlara əsaslanaraq Qurandan müntəzəm şəkildə uzaqlaşdılar. Həmin bu saxta hədis və icmalara (bəzi İslam alimlərinin ortaq şəriət hökmləri) görə Quranda olmayan bir çox tətbiq yayılmışdır. Bu tətbiqlər elə çətin və əngəlləyicidir ki, bir çox insan Quranı toxunulmaz hesab etməyə başlamışdır. Məsələn:

  • “Qurana dəstəmazsız toxunmaq olmaz” mövhumatı ilə Quran oxumaq çətinləşdirilmişdir
  • Dəstəmazın, Quranın yalnız bir ayəsi ilə aydın şəkildə izah olunmasına və olduqca asan olmasına baxmayaraq, xurafatçıların mövhumatlarına görə dəstəmazı pozan (cildlərlə kitabla izah edilmiş) minlərlə səbəb var. Dolayısilə, Qurana toxunmaq, sanki, qeyri-mümkün vəziyyətə gətirilmişdir.
  • “Quran ümumiyyətlə oxunmamalıdır, sadəcə bir şeyin içində mühafizə olunub uca bir yerdən asılar və heç vaxt oradan endirilməz”
  • Quranın hər müsəlmanın həyatının ən mühüm ayrılmaz tərkib hissəsi olması lazım olduğu halda, bu mövhumatlara görə O ancaq Ramazan ayı, qəndil günləri, yas mərasimləri kimi bəzi vaxtlarda, özü də yalnız ərəbcə oxuna bilər. İnsanın Quranı öz dilində oxuması isə, qəti şəkildə qadağan olunmuşdur. Mövhumatçı inanca görə, bir çox insan öz dilində Quran oxuduğu vaxt günaha girəcəyini düşünər.
  • Mövhumatçı zehniyyət ucbatından dünyadakı milyonlarla müsəlman Quranda nə yazıldığını belə bilmir.
  • Bir qadının baş örtüsüz və dəstəmazsız şəkildə Qurana toxunması mövhumat dininə görə qadağandır. Həmçinin, kişilər üçün də Qurana toxunmağa mane olan bir çox yanlış hökm uydurulmuşdur.
  • İnsanların Quran oxumalarına maneə törətmək üçün uydurulan ən məlum yalanlardan biri də, Quranın təkcə oxumaqla başa düşülə bilməyəcəyi, Onu anlamaq üçün alimlərin izahlarına və təfsirlərinə də ehtiyac duyulacağı düşüncəsidir. Bu məntiqlə böyüyən əksər müsəlmanlar Allahın; “Biz hər şeyi kifayət qədər izah etdik” (İsra surəsi, 12) ayəsinə baxmayaraq, Quranda yetərli izahı tapa bilməyəcəklərinə inanmış və özlərinə zorla qəbul etdirilməyə çalışılan saxta hədisləri doğru yol göstəricisi hesab etmişdirlər.