Hz. İsa Hz. Mehdinin arxasında namaz qılacaq

Hətta “həzrəti isa əleyhissalam gəlib, namazda hz

“Hətta “HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLİB, NAMAZDA HZ. MEHDİYƏ İKTİDA EDƏR, TABE OLAR” deyə rəvayəti BU İTTİFAQA (birləşməyə) VƏ HƏQİQƏTİ KURANİYƏNİN METBUİYƏTİNƏ VƏ HAKİMİYYƏTİNƏ (Quran həqiqətlərinə əməl edilməsinə və tabe olunmasına) İŞARƏ EDİR.” (Şüalar, səh. 493)

Peyğəmbər bir hədisində hz. İsanın hz. Mehdinin arxasında namaz qılacağını bildirmişdir:

“…Mehdi hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa əlini onun çiyinlərinə qoyar və ona deyər ki, “Önə keç və namazı qıldır. Çünki qamət (namaza başlama işarəsi) sənin üçün gətirilmişdir…” (İmam Şarani, “Ölüm, Qiyamət, Axirət və Axırzaman əlamətləri”, səh. 495)

Bədiüzzaman da Peyğəmbərimizin bu haqda hədisinə diqqət çəkir, bu hadisənin hz. İsa və hz. Mehdinin zühurunun əhəmiyyətli əlamətlərindən biri olduğunu xatırladır. Bədiüzzaman sözlərində hz. İsa və hz. Mehdi dövründə, Allahın icazəsi ilə, İslam əxlaqının bütün dünyaya hakim olacağını ifadə edir. Bu hakimiyyətə hz. İsa və hz. Mehdinin ittifaqı ilə icra ediləcək böyük fikri mübarizənin vəsilə olacağını ifadə edir.

Bədiüzzaman bu sözündə Peyğəmbərimizin səhih hədislərinə uyğun olaraq “HZ. İSANIN, HZ. MEHDİ İLƏ BİRLİKDƏ NAMAZ QILACAĞINI” ifadə etmişdir. Hz. İsanın yer üzünə birinci gəlişində namaz ibadətini yerinə yetirdiyi kimi, ikinci gəlişində də, Allahın icazəsi ilə, bu ibadətinə davam edəcək. Quranda bu mövzu belə bildirilir:

(Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

Axırzamanda hz. İsa və hz. Mehdinin mübarək şəxsləri ortaya çıxacaq və edəcəkləri böyük fikri mübarizə nəticəsində İslam əxlaqı yer üzünə hakim olacaq. Bədiüzzaman bir çox səhih hədisdə yer alan bu mövzunu xatırladaraq, hz. İsa ilə hz. Mehdinin gələndə ittifaq edəcəklərini bildirir. Bunun üçün hər iki mübarək şəxs də eyni dövrdə ortaya çıxmalı və bir araya gəlməlidirlər.

Bədiüzzaman hz. İsa və hz. Mehdinin Quran əxlaqının bütün yer üzünə hakim olması üçün ittifaq edəcəklərini bildirmişdir. İki dinin birləşməsinin İslamiyyət üzərinə olacağını hədislərlə açıqlayan Bədiüzzaman, Quranın tabe olunan kitab olacağını, onun hökmlərinin etibarlı və hakim olacağını bildirmişdir. Bu ittifaq və bu böyük hadisələr hələ həyata keçməyib və hz. İsanın gəlişi və hz. Mehdi ilə birlikdə namaz qılmaları kimi, bu tarixi hadisə də bütün dünya müsəlmanları tərəfindən böyük həyəcanla gözlənilir.