Bir müsəlmanın, dünya həyatında çatmaq istədiyi ən əhəmiyyətli hədəflərindən biri Quran əxlaqının dünyaya hakim olması, insanların Allaha gərəyi kimi qulluq etmələridir. Quranda möminlərə bu hədəflərinə çatmağın yolunu göstərmişdir.
Allahın möminlərə verdiyi sirrə görə, möminlər yalnız Allaha ibadət edərək şərik qoşmadıqları təqdirdə, Allah Quran əxlaqını yer üzündə hakim edəcək. Bu çox əhəmiyyətli bir sirdir. Çünki bu, Quran əxlaqının bütün insanlar arasında yayılmasının məsuliyyətinin tək-tək hər möminin üzərində olduğunu göstərər. Elə isə vicdan sahibi hər mömin, şərik qoşmaqdan şiddətlə çəkinməli və yalnız Allaha ibadət etməlidir. Hər şeydən əvvəl şərik qoşmaq Allahın bağışlamadığı günahdır və insanı cəhənnəm əzabına aparar. Ancaq şərik qoşmaq deyiləndə, bir çox insan yalnız bütlərə tapınan bütpərəstləri düşünə bilər. Halbuki insanların diqqət yetirmələri və çəkinmələri lazım olan gizli şirkdir.
Gizli şirkdə insan Allaha iman etdiyini, tək ilah və yaradıcı olaraq Allahı qəbul etdiyini və yalnız ONA uyduğunu söyləyə bilər. Ancaq bu insan əgər Allahdan başqa varlıqlardan qorxursa, insanların təqdirini, dəstəyinə əhəmiyyət verirsə, dünya həyatında malına və ya canına gələ biləcək təhlükələrdən narahatlıq hiss edirsə, ticarətini, ailəsini, soyunu Allahdan və Allah yolunda səy göstərməkdən daha üstün tutur, onlara prioritet verirsə şirk içindədir.
Allahın göstərdiyi əsl imanda, Allahın məmnuniyyəti hər şeyin üstündədir. Allah xaricindəki bütün varlıqlar, bütün maraq, sevgi və yaxınlıqlar, ancaq Allahın məmnuniyyətini qazanmada vasitəçi ola bilərlər. Və ya ona verilən bir nemət üçün insanlara qarşı minnətdarlıq edən, onları özünün qoruyucusu olaraq görənlər də Allaha şərik qoşmuş olarlar. Çünki hər insanın ruzisini verən, onu doyuran, qoruyan, saxlayan, ona şəfa verən Allahdır. Allah, əlbəttə ki, bunları bir insanın əli ilə reallaşdıra bilər. Məsələn, Allah bir insana şəfa verməyi dilədiyində bunu bir həkimin əli ilə edər. Ancaq insan həkimdən mədət ümid edə bilməz. Çünki Allah diləmədikcə heç bir həkim insana şəfa verə bilməz.
