Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, dünyada ikən öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü. (İnşiqaq surəsi, 7-15)
İnşiqaq Surəsi, 7-15-ci Ayələr
