And içirəm şəfəqə, gecəyə və onun ağuşuna aldıqlarına, bədirlənmiş on dörd gecəlik aya! Siz mütləq haldan-hala keçib dəyişəcəksiniz. Onlara nə olub ki, iman gətirmirlər və onlara Quran oxunduqda səcdə etmirlər? Əksinə, küfr edənlər haqqı yalan sayırlar. Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir! Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ, iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır. (İnşiqaq surəsi, 16-25)
İnşiqaq Surəsi, 16-25-ci Ayələr
