İnsanların yol göstəricisi kimdir?

İnsanlar, yaşadıqları həyata istiqamət vermək üçün bir-birindən fərqli “yol göstərici”lər, rəhbərlər seçərlər. Bir çox insan üçün ən böyük yol göstərici, ailəsi və yaxın ətrafından başlayaraq, yaşadığı cəmiyyətdir. Bu kəslər dəyər mühakimələrini, nəyin doğru, nəyin səhv olduğunu bu cəmiyyətin ümumi düşüncəsinə görə təyin edərlər. Bəzi insanlar isə özlərinə yol göstərici olaraq ideologiyalara inanır və bu ideologiyaları yaradan mütəfəkkirlərin “üstün” insanlar olduğunu, onların yolunu izləyərək doğruya çata biləcəklərini düşünərlər. Bəziləri isə, bütün bunları tanımadığı, yalnız öz ağıl və hisslərini yol göstərici olaraq qəbul etdiyi iddiasındadır.

Halbuki bütün bu sayılan düşüncələr ortaq səhv üzərinə quruludur. Bu düşüncələri daşıyan, yəni özlərinə yol göstərici olaraq cəmiyyəti, bəzi “üstün” saydığı insanları, ya da öz ağlını mənimsəyən kəslər, çox əhəmiyyətli həqiqəti rədd edir ya da gözardı edirlər: İnsan yaradılmış varlıqdır və sahib olduğu hər şeyi özünü yaradana, yəni Allaha borcludur. Öz bədənini, ətrafını, səmanı, ya da var olan hər hansı bir şeyi bir az vicdanlı şəkildə araşdıran hər kəs, bunları Allahın yaratdığını açıq şəkildə görə bilər.

İnsanı Allah yaratmışdır və şübhəsiz bu yaradılışın müəyyən məqsədi vardır. Bu həqiqət Quranda, “Biz göyü, yeri və onların arasındakıları əyləncə üçün yaratmadıq.” (Ənbiya surəsi, 16) ayəsi ilə xəbər verilir. İnsanın yaradılış məqsədi, başqa ayədə də belə bildirilir:

“Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım.” (Zəriyət surəsi, 56)