Dünyadakı həyatını Allahın göstərdiyi yoldan uzaqlaşaraq öz istək və həvəslərinə uyan və ya cəmiyyətin azğın dəyər və inanclarına görə yaşayan inkarçıların hesabı çox çətin olacaq. O gün onlara qarşı nə bir mərhəmət, nə də bir şəfqət vardır, nə də əzabı yüngülləşdirəcək bir güc… Bunun ən böyük səbəbi onlara dünyada Allahın varlığına dair xatırladıcılar gəlməsinə baxmayaraq, Allahın hədlərini qorumamaları və dünyaya təkrar göndərilsələr də, yenə qorumayacaqlarıdır. Bu Quran ayələri ilə xəbər verilmiş qəti bir həqiqətdir:
“Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələri yalan saymayıb möminlərdən olardıq”, -dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar”. (Ənam surəsi, 27-28)
Möminlər dünyadakı həyatını, onları yaradan və doğruya yönəldən Rəbbimizin istədiyi şəkildə yaşamışlar. Günahlarını isə sonsuz rəhmət sahibi olan Allah bağışlayacaq. Allah bir çox ayədə iman gətirib saleh əməllər edənlərin günahlarını yaxşılıqlara çevirib bağışlayacağını bildirmişdir. O gün Rəbbimizin vəd etdiklərinə qovuşan möminlərə Allah belə buyurur:
“O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda, öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!” (Fəcr surəsi, 27-30)
Beləliklə, möminlər Allahın onlara olan lütfü və ehsanı sayəsində sonsuz atəş əzabından xilas olacaq və Rəbbimizin sonsuz nemətləri ilə dolu olan cənnətə qovuşacaqlar. “Cənnətə gir”, -deyiləndə möminini cavabı Quranda belə xəbər verilir:
“Onlar deyəcəklər: “Bizə verdiyi vədini yerinə yetirən və bizi bu yerə varis edən Allaha həmd olsun! Biz cənnətin istədiyimiz yerində sakin oluruq. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” (Zumər surəsi, 74)

