İnsanların uzaq zənn etdikləri Qiyamət saatının yaxınlaşdığını Allah Quranda bildirmişdir

Quran insanın həyatının həqiqi mənasını belə açıqlayır

“Ey insan! Sən Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan!” (İnsiqaq surəsi, 6).

Həyatımız boyu nə ediriksə edək, sərf etdiyimiz bütün səylərin nəticəsində gələcəyimiz son nöqtə Allahın hüzuruna çıxacağımız andır. Bütün bu həyatın məqsədi Ona qulluq etməkdir. Həyatın ən mühüm anı isə Allaha hesab verəcəyimiz məhşər günüdür.

Dünyadakı həyatımız boyu keçən hər gün bizi o məhşər gününə bir az da yaxınlaşdırır. Keçən hər saat, hər dəqiqə, hətta hər saniyə ölümə, yenidən dirilməyə və hesaba doğru atılmış bir addımdır. Həyat bir qum saatı kimi arası kəsilmədən bu tərəfə doğru axır. Saatı saxlamağın, yaxud da geri qaytarmağın yolu yoxdur. Bütün insanlar bu yolu gedəcək. Allah öz Kitabında belə deyir:

“Şübhəsiz ki, onların axır dönüşü Bizədir! Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!” (Ğasiyə surəsi, 25-26).