İnsanların sahib olduqları acizliklərin hikmətləri nələrdir?

İnsanlara verilmiş bir çox fiziki zəiflik vardır. İlk növbədə, insan həm bədənini, həm də ətrafını təmiz saxlamaq, diqqətlə qulluq etmək məcburiyyətindədir. Bu qulluq üçün ayırdığı vaxt həyatının olduqca böyük bir hissəsini əhatə edir. Lakin, insan nə qədər təmizlik və qayğı göstərsə də, bu müvəqqətidir. Dişlərini fırçalayan insan bir saat sonra heç fırçalamamış vəziyyətə düşə bilər. Yayda yuyunan insan 1-2 saatdan sonra heç yuyunmamış kimi hiss edə bilər.

Burada vacib olan şey fiziki acizliklərin bir məqsədə xidmət etdiyini anlamaqdır. Bunlar zəruri acizliklər deyil, onlar xüsusi olaraq yaradılmışdır. Eynilə, qocalıq və onunla birlikdə gələn dəyişikliklər də insanın dünya həyatının keçici olduğunu düşünməsi, çatışmazlıqlarla dolu bu dünyaya bağlanmaması və “əsl yurd” olan axirətə yönəlməsi üçün Allah tərəfindən xüsusi olaraq verilmiş acizliklərdir. Allah Quranda insanlara onlar üçün xeyirli olanın axirət olduğunu bildirmişdir:

Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Şübhəsiz, axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsinizmi? (Ənam surəsi, 32)