Allah normal ağla və şüura sahib olan hər kəsi Quran əxlaqını yaşamaq və dinin hökmlərini yerinə yetirməklə məsul tutmuşdur. Bu ibadətləri yerinə yetirən insan həm dünya həyatında gözəl bir həyat yaşayar, həm də əbədi cənnət həyatını qazanar. İnsanın: “Gəncliyimi yaşayım, onsuz da ölümüm yaxınlaşanda ibadətlərimi də yerinə yetirər, axirəti də qazanaram” düşüncəsi ilə Allaha qarşı olan məsuliyyətini bilərəkdən təxirə salması onun axirət həyatını itirməsinə səbəb ola bilər. Allah: “Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq”. (Nisa surəsi, 18) ayəsi ilə insanlara bu həqiqəti xatırlatmışdır.
Bundan başqa, unudulmamalıdır ki, heç kim ölümlə nə vaxt qarşılaşacağını bilməz. Buna baxmayaraq, insanın sanki nə vaxt öləcəyini bilirmiş kimi ibadətlərini müəyyən bir vaxta təxirə salması, şübhəsiz ki, böyük bir səhvdir. Çünki insan ölümlə qarşılaşdıqdan sonra nə qədər peşman olub geri qayıtmaq istəsə də, bir daha belə bir imkan əldə edə bilməyəcəkdir. doğrudurmu?

