Din əxlaqını yaşamayan heç bir insanın həqiqi mənada xoşbəxt ola bilməsi mümkün deyildir. Çünki bir insanın xoşbəxt ola bilməsi üçün hər şeydən əvvəl vicdanən rahat olması şərtdir. Yəni qəlbinə sıxıntı verəcək, zehnini məşğul edəcək, peşmançılıq içində yaşamasına səbəb olacaq bir vəziyyətin olmaması lazımdır. Vicdanın rahat olması isə yalnız bir şəkildə mümkündür; bu da din əxlaqını yaşamaqdır. Çünki vicdan Allahın əmri altındadır və insana daim Allaha iman etməyi, dinin hökmlərini yerinə yetirməyi və gözəl əxlaqlı olmağı əmr edər. Buna görə də bütün həyatı boyu vicdanının bu əmrinə qarşı mübarizə aparan dinsiz bir insanın həqiqi mənada xoşbəxt ola bilməsi mümkün deyildir. Allah insanın qəlb rahatlığını və həqiqi hüzuru yalnız Allaha iman etməklə əldə edə biləcəyini belə bildirmişdir:
Onlar iman edən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar. (Rad surəsi, 28)

