İnsanların dediyi kimi deyil, Allahın bildirdiyi kimi din

Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir (2)

Allah insanlara hansı əxlaqa sahib olmalarını, necə həyat yaşamalarını bildirmişdir. Əsl din əxlaqı Allahın əmrlərini əksiksiz yerinə yetirməklə yaşanılır. İnsanların bir hissəsi isə bu əxlaqı yaşamaqdan çox çəkinirlər. Allahın hökmlərinə tamamilə təslim olmaq istəmir, öz nəfslərinin də qane olacağı bir din modeli yaratmağa çalışırlar. Bunun üçün, öz ağıllarına görə bəzi qaydalar, prinsiplər yaradır və dinin də bu prinsiplərlə uyğunlaşmalı olduğunu düşünürlər. Öz qayda və məntiqləri ilə uyğunlaşdığı müddət ərzində din əxlaqını yaşamağı qəbul edirlər. Halbuki, bu çox böyük aldanmadır. Çünki əsl din əxlaqı insanların dediyi kimi deyil, Allahın bildirdiyi kimi yaşanılan əxlaqdır.

Allah Quranda yanlış məntiqə görə hərəkət edən və Allahın bildirdiyi kimi yaşamayan insanlar barədə belə xəbər verir:

“Sizə nə olub, necə hökm verirsiniz? Yoxsa sizin elə bir kitabınız vardır ki, üsyankarla itaətkarın eyni olduğunu ondan oxuyursunuz? Ya da onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı yazılmışdır? Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır? Onlardan soruş ki, kim buna zamin duracaqdır?” (Qələm surəsi, 36-40)

Allahın bildirdiyi kimi deyil, insanların dediyi kimi yaşamaq bu insanların bir çox yanlış və azğın nəticələrə gəlməsinə səbəb olur. Nümunə olaraq, Peyğəmbərimizin dövründə yaşayan münafiqlər bu cür nəticələrə gələrək fitnə yaratmağa çalışmış, möminləri haqq yoldan uzaqlaşdırmağı hədəf etmişlər. Allah münafiq və müşrik əxlaqlı insanların bu çirkin xüsusiyyətlərini belə bildirmişdir:

“Həm də ona görədir ki, Allah Özü barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab versin. Onların pis niyyəti özlərini bəlaya salsın! Allahın onlara qəzəbi tutmuşdur. Allah onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir.” (Fəth surəsi, 6)

Ayədə bildirildiyi kimi, insanların düşdükləri yanlış və pis zənlər əslində onların özlərinə zərər vermiş, Peyğəmbərimiz və səhabələr isə Allahın izni ilə hər zaman qalib gəlmişlər. “Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər?” (Maidə surəsi, 50) ayəsi ilə də bildirildiyi kimi, bu insanları belə nəticəyə gətirən səbəblərdən biri Allahın bildirdiyi əxlaq ilə deyil, cahil insanlardan öyrəndikləri səhv məntiqlərə əsasən hərəkət etmək istəmələridir. Halbuki, Allah Quranda “Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə surəsi, 50) deyə bildirmişdir.

İnsanları Allahın bildirdiyi kimi din əxlaqını yaşamaqdan uzaqlaşdıran ən mühüm ünsürlərdən biri ağıl və vicdanları ilə deyil, nəfsləri ilə düşünmələridir. Başqa bir ifadə ilə, öz istək və həvəslərinə görə hərəkət etmələridir. Bu da həmin insanların haqqa deyil, batil olana uymalarına, həm özlərinə, həm də ətrafındakılara maddi, mənəvi böyük sıxıntılar yaşatmalarına səbəb olur. Allah Quranda nəfsin insanı hər zaman pis əməllərə yönəltdiyini belə bildirmişdir:

“Mən özümə bəraət qazandırmıram. Çünki Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər. Həqiqətən, Rəbbim Bağışlayandır, Rəhmlidir.” (Yusif surəsi, 53)

Bir başqa ayədə isə Rəbbimiz insanların öz istək və həvəslərinə uymalarının böyük bəlalara səbəb olduğunu belə xəbər vermişdir:

“Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara Zikr gətirdik, onlar isə özlərinə verilən Zikrdən üz döndərirlər.” (Muminun surəsi, 71)

Allahın endirdiyi din insanın yaradılışına ən uyğun olanıdır. İnsanlar öz məntiqinə, mədəniyyətinə, əldə etdikləri məlumatlara görə yaşadıqları saxta din isə müxtəlif sıxıntılara səbəb olur. Çünki Quran əxlaqını yaşamayan bir insan hər şeyin öz nəfsinə uyğun olmasını istəyir. Onun üçün əsas olan nəfsinin istəklərinin qane olmasıdır. Bu vəziyyətin hansı nəticələrə səbəb ola biləcəyini isə çox vaxt düşünmürlər. Düşünsələr belə nəfsi ona öz istək və həvəslərini daha əhəmiyyətli göstərir. Nəfsə görə hərəkət edildikdə insanın ən çox özünün rahat olması, özünün ön planda olması istənilir. Quran əxlaqını yaşamayan insanların bu bitmək bilməyən həvəsləri Quranda belə xəbər verilir:

“Yoxsa insan istədiyi hər şeyə nail ola bilər?!” (Nəcm surəsi, 24)

Əsl din əxlaqını yaşamaq Allahın bildirdiyi əxlaqı əksiksiz yaşamaqla mümkündür. Allahın bildirdiyindən başqa fikirlər uydurub ayrı məntiqlə hərəkət etmək insanlara hər zaman mənfi təsir göstərir. Allah “…Elə isə onların arasında Allahın sənə nazil etdiyi Kitabla hökm ver. Sənə gələn haqdan ayrılıb onların istəklərinə tabe olma…” (Maidə surəsi, 48) ayəsi ilə möminlərin ölçüsünün və rəhbərinin Allahın endirdiyi hökm olan Quran əxlaqı olduğunu bildirmişdir. Bundan başqa yol axtaranların həqiqi islamı yaşamaları qeyri-mümkündür.

Allah “…Gözəl aqibət müttəqilərindir.” (Qasas surəsi, 83) ayəsi ilə əmr etdiyi əxlaqı yaşayanların ən gözəl nəticəyə qovuşacaqlarını müjdələmişdir. Allahın izni ilə möminlər həm dünyada, həm də axirətdə Rəbbimizin müjdələdiyi kimi gözəl həyat yaşayırlar. Bütün bunlara baxmayaraq, öz istək və həvəslərinə görə yaşamaq istəyənlərin sonu isə azğınlıqdır:

“Əgər sənə cavab verməsələr, bil ki, onlar nəfslərinin istəklərinə uymuşlar. Allahdan bir doğru yol göstəricisi gəlməyincə öz nəfsinin istəyinə uyandan daha çox azmış kim ola bilər?! Şübhəsiz ki, Allah zalım adamları doğru yola yönəltməz.” (Qəsəs surəsi, 50)