İnsanların çoxu iman etməz

İnsanların çoxunun iman etməməsinin səbəbi, ağıl və dərk etmə qabiliyyətinin zəif olmasından

İnsanların çoxunun iman etməməsinin səbəbi, ağıl və dərk etmə qabiliyyətinin zəif olmasından qaynaqlanır. Onlar dünya həyatının ancaq “zahiri” (görünən) hissəsini bilirlər, lakin “gizli” (batin) hissəsini dərk etmirlər. Onlar axirətdən tamamilə xəbərsizdirlər.

Odur ki, “insanların çoxunun” doğru yolda olmasını gözləmək böyük səhv olar. Əksəriyyət, “Sən nə qədər istəsən də, insanların çoxu iman edəsi deyil.” (Yusif surəsi, 103) hökmünə görə səhv yolda getməkdə israrlı olacaq. Bu halda mömin çoxluğun fikirlərini özünə meyar kimi qəbul etməsi mümkün deyil. Quran bu məsələyə diqqət çəkir:

Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. (Ənam surəsi, 116)

Yer üzündə “tabe olunmaması lazım olan” insanların bu böyük əksəriyyətinə insanın cahil cəmiyyətindəki yaxın tanışları da daxildir. İnsan Quranda bildirilən qaydalara uyğun olaraq iman edib yaşamağa başladığı zaman əksəriyyətə və onun əvvəlki tanışlarına zidd vəziyyətlər yarana bilər. Bunun səbəbi isə, bu insanların din əxlaqının bəxş etdiyi gözəlliyi, fədakarlığı, vəfa və sədaqəti anlaya bilməmələridir.

Ancaq möminin mühüm xüsusiyyəti vardır: O, bu çoxluq və yaxın tanışları ilə ziddiyyət təşkil etməkdən, onlar tərəfindən qınanmaqdan, özünə pis gözlə baxmalarından heç vaxt çəkinməz. Möminlərin heç kimin qınamasından qorxmadıqları Quranda xüsusilə vurğulanır:

Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir. (Maidə surəsi, 54)

Mömin Allahın rizasını axtarar. İnsanların ondan razı olub-olmamasının onun üçün əhəmiyyət kəsb eləmir. Əgər Allah ondan razı olsa (və lazım gələrsə), onu insanların gözündə də yüksəldər.

Ona görə də, “ailəm vaxtımı alır”, “nə dərsdən, nə də işdən vaxt tapa bilmirəm”, “ətrafımdakılardan pis reaksiyalar alıram” kimi ifadələr sadəcə bəhanədir. Bu cür bəhanələrlə möminlərlə bir yerdə olmaqdan və onların dini ibadətlərini yerinə yetirməkdən qaçan bir insan əslində səmimi yanaşmaz.

Bu halda insan möminlərlə birlikdə olmaq, Allahı zikr etmək və dini ibadətlərini yerinə yetirmək üçün ciddi səy göstərməsə, ancaq buna baxmayaraq möminlərə fərqli görünməyə çalışarsa, bunu belə izah etmək olar: Bu insan mənfəət əldə etməyə çalışır. Möminlərin bəzi imkanları ona çəkici gəlir və o, bu imkanlardan yararlanmağı düşünür.

Ancaq möminlər bu şəxsin əsl niyyətinin fərqindədirlər. Əgər səmimiyyətsizliyini görüb yenə də qarşı tərəfə bu vəziyyəti hiss etdirmirlərsə, bunun səbəbi, bəlkə sonradan səhvlərini anlayacağını düşünmələrinə görədir. Bunun əksi, yəni səmimi olmayan bir insanın möminləri aldatması mümkün deyil.

Əslində, bu cür insanların hər kəsdə rast gəlinən bəzi xarakterik xüsusiyyətləri var.

Bu xüsusiyyətlərdən ən bariz olanı Allahı zikr etmək istəməmələridir. Quranda kafirlərdən bəhs edilərkən belə buyurulur: “Allah tək olduğu (vəhdaniyyəti) anıldığı zaman axirətə inanmayanların qəlbi nifrətlə dolar. Lakin Ondan başqaları anıldığı zaman onlar dərhal sevinərlər.” (Zumər surəsi, 45) deyilir.

Hansısa mənfəətə görə möminlərlə bir yerdə olmağa çalışanların davranışı da eynilə belədir. Belə insanlar Allahın zikr edilməsindən və Onun ruzilərinin xatırlanmasından narahat olurlar. Digər tərəfdən mənfəətlərini təmin edəcək yerlərdə böyük həvəslə iştirak edirlər.

Möminlər son dərəcə şəfqətli və mərhəmətli davranarlar; heç vaxt sərt davranmazlar. Ancaq səmimi olmayan insanlar bunun mənasını və məqsədini anlamırlar. Cahil cəmiyyətdə həmişə münaqişə dolu mühitlərə öyrəşdikləri üçün möminlərin mülayim olmasından sui-istifadə edərək onlara qarşı təkəbbür göstərməyə çalışırlar. Əslində onlar ancaq özlərini alçaldırlar.

Bu halda səmimiyyətsiz insan möminlərdən heç bir mənfəət əldə etməyin mümkün olmadığını tez anlayar və möminlərdən tez bir zamanda uzaqlaşıb keçmiş həyatına qayıtmaq istəyər. Tezliklə yeni bir bəhanə ilə buna nail olar və heç vaxt tərk etmədiyi cahil cəmiyyətinə qayıdar. Belə insanların axirətdəki mövqeyi bir ayədə belə bildirilir:

Haqq yol aydın olduqdan sonra kim elçiyə qarşı gələr və möminlərin yolundan başqa bir yol izləyərsə, onu yönəlmiş olduğu yola döndərər və cəhənnəmə atarıq. Ora necə də pis bir qayıdış yeridir! (Nisa surəsi, 115)

Əslində belə bir səmimiyyətsiz insanın möminlərdən ayrılması möminlər üçün böyük bir rəhmətdir. Beləliklə, Allah möminləri təmizləyir və onları Nur surəsinin 55-ci ayəsində: “…Onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar…” ifadəsi ilə mömin ümmətinə çevirir. Allah möminlərlə ikiüzlü inkarçıları bir yerdə saxlamaz, onları bir-birindən ayırar. “Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.” (Məhəmməd surəsi, 31) hökmünə görə Allah, həqiqətən səmimi şəkildə iman edənləri imtahana çəkəcək və ortaya çıxaracaq. Digər tərəfdən, qeyri-səmimi münafiqlər də ortaya çıxacaqlar. Allah “təmiz”i “murdar”dan ayıracağını bu cür müjdələyir:

Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana uğrayanlardır! (Ənfal surəsi, 37)

Halbuki əgər insan səmimi olarsa, Allah onun qəlbini islama açar. “Eşitdik və itaət etdik” demək, saleh insan üçün dünyada ən böyük ləzzətdir. Onu yaradan, düz yola yönəldən, cənnətə aparacağını vəd edən Allaha itaət etmək ən böyük hüzur, xoşbəxtlik və sevinc mənbəyidir.

Bir sözlə, “Biz ona iki yol (yaxşı və pis yol) göstərdik.” (Bələd surəsi, 10) ayəsində bildirildiyi kimi insanın qarşısında iki yol vardır: Allaha itaətə əsaslanan və insana Onun rizasını, rəhmətini və cənnətini qazandıracaq iman yolu, bir də, Allaha üsyan edib nəfsinin eqoist istəklərini ilah edənlərin və dünyada xor, zillət, axirətdə isə sonu cəhənnəmlə nəticələnəcək üsyan yolu.

Şübhəsiz, bu (Quran), bir öyüddür. Artıq kim istəsə, Rəbbinə doğru özünə bir yol tutar. (Müzzəmmil surəsi, 19)