Allah dünya həyatında bəzi xüsusi vəziyyətlər də yaratmışdır. Çətinlik, sıxıntı, xəstəlik, ölüm, kasıblıq və itkilər… Bunlar hər insanın həyatının hər hansı bir hissəsində mütləq yaşadığı hadisələrdəndir. Və Allah bunları xeyir və hikmətlə yaratmışdır.
İnsan hər hansı bir çətinliklə qarşılaşmayanda, heç bir əzab görməyəndə, hər hansı bir çətinliyə səbir etmək məcburiyyətində qalmayanda, ətrafındakı insanlardan ancaq yaxşılıq, gözəl əxlaq, maddi və mənəvi dəstək görəndə, həyatını arzu etdiyi nemətlər içərisində keçirəndə sahib olduqları onu ancaq müvəqqəti olaraq xoşbəxt edir. Bu şəraitdə gərginlik hiss etmək, hirslənmək, kinli olmaq, qısqanmaq, mübahisə etmək üçün çox az səbəb var. Əksinə, nemətlərin gözəlliyi və ətrafındakı insanların gözəl rəftarları bu adamın əhvalını, rahatlığını həmişə daha da yaxşılaşdırır. Belə şəraitdə bu adam da ətrafına qarşı son dərəcə yaxşı bir əxlaq göstərə bilər. Xeyirxah, bağışlayıcı, mülayim, fədakar rəftarlar göstərə bilər. Ancaq bütün bu xüsusiyyətlər yaşanan şəraitdən asılı ola bilər. Çünki, bir insanın həqiqi xüsusiyyətləri çətin və əzablı anlarda, kasıblıqda və xəstəlikdə, haqsızlıqla rastlaşanda ortaya çıxır. Allahın dünyada müxtəlif çətinliklər yaratmağının böyük hikmətlərindən biri də burada gizlənmişdir. Allah bu yolla “həqiqətən gözəl əxlaq sahibi olan və hər şəraitdə Allah üçün bu əxlaqı göstərən qullarını” ortaya çıxarır.

