İnsanların arasında çox sayda zombi varlıqlar vardır

Əlbəttə, aramızda, insanlar arasında ruh sahibi olmayan zombi varlıqlar vardır, yəni ölü

Əlbəttə, aramızda, insanlar arasında ruh sahibi olmayan zombi varlıqlar vardır, yəni ölü. Allah Quranda ölü olduqlarını deyir. Müasir deyimlə zombi. Ruhu olmayan, eynilə insana bənzəyən varlıqlardır, amma normalda heyvandır. Yəni danışır, sual soruşur, cavab verir. Sevgini bilmir, mərhəməti bilmir, şəfqəti bilmir, Allah qorxusunu bilmir, gözəllikdən xəbəri yoxdur, tam heyvandır. Yalnız nifrətə görə kodlaşdırılmışlar. Şeytanın çox rahat istifadə edə biləcəyi bir kütlədirlər.

Sonra onun ardınca bir çox elçini öz qövmünə göndərdik. Onlara açıq-aşkar möcüzələr gətirdilər. Ancaq onlar əvvəl yalan saydıqlarına iman gətirəsi deyildilər. Həddi aşanların qəlbini belə möhürləyirik. (Yunis surəsi, 74)

Allah “bunları xüsusi yaratdım” -deyir, “daha kainat yaradılmadan mən bunları yaratdım” -deyir. Və “cəhənnəmi də bunlarla doldurdum” -deyir, Allah “bu, mənim sözümdür, sözümü yerinə yetirəcəyəm” -deyir. Məhz münafiqlər də bu qrupun içindədirlər. Münafiqlər, küfr əhli, fasiqlər, müşriklər bu qrupun içindədir. Mən bu qədər izah edirəm. “Ölü adam” -deyirəm, buna baxmayaraq birisi anlamırsa, mən artıq ondan da şübhə edərəm. Adam ölüdür, bildiyin ölü, amma hərəkət edir. Danışır, yeyir, içir və s. Həqiqi halını bilsə, adam qorxar. Çünki yeriyən ölü insanları çox qorxudar. Allah isə qorxmamaları üçün açıq məlumat vermir. Axirətdə anlayacaqlar.

Məhz bunların yeri cəhənnəm olur. Cəhənnəm bunlarla dolur. Mömin də qorxacaq, bu hala gəlməkdən qorxur. Mömin onların vəziyyətinə düşməkdən qorxur. Allahın bir lütfü olaraq, ürəyini Allah qorxusu əhatə edir. Bu, əslində möminlərə faydalı bir şeydir. Cəhənnəmin kafirlərlə dolması möminlərin ayıq və şüurunun açıq olmasını təmin edən bir hadisədir. Cənnətin qiymətini bilmələrini təmin edir.

Məsələn, birisi soruşur ki: “Cənnətdə bezmərik?”. Cənnət əhli istədiyi zaman cəhənnəmi görür, artıq cənnətdə necə bezsin? Bu görüntünü görən adam cənnətdən bezər mi? Həm də cənnət çox gözəl bir yerdir. Daima Allahın təcəllisini görür, gözəl sözlər eşidir. Ucsuz-bucaqsız imkan var, sonsuz imkan var. Üfüq açıqdır, nə istəyirsənsə olur. Amma mənfi heç nə yoxdur. Ona görə bu dünyanın gözəl tərəfi, elmi mübarizə və cəhd burada mümkündür. Səbir burada mümkündür, orada səbir yoxdur, cənnətdə səbir yoxdur. Məsələn, səbir burada böyük bir imtahandır, böyük bir nemətdir.

Məsələn, orada cihad yoxdur, cəhd etmək yoxdur. Təbliğ yoxdur, bir insanı razı salmağa çalışmaq və s. yoxdur. Məsələn, zəkat vermirsən, sədəqə vermək yoxdur, namaz yox, oruc yox, həcc yox, yəni demək olar ki, heç bir ibadət yoxdur. Hətta Allah cənnətdə gənc bir cavan şəklində təcəlli edir. “Salam Əleykum, ey cənnət xalqı” -deyir, “Mən Allaham” -deyir. Hər kəs səcdəyə qapanır “dərhal qalxın” -deyir, “burada namaz yoxdur, ibadət yoxdur” -deyir, “artıq bitdi” -deyir. “Çünki ibadətlərinizi etdiniz, sizə Mənim qənaətim gəldi, ona görə cənnətə saldım. Bir daha burada namaz olmaz” -deyir. Yəni “sonsuza qədər burada namaz olmayacaq” -deyir. Möminlər də Allah xəbərdar etdiyi üçün bir daha səcdəyə qapanmırlar.

And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır. (Əraf surəsi, 179)