“Heç bir məlumata əsaslanmadan”: Yəni Quranda Allahın açıq bir hökmü yox ikən, Peyğəmbərimiz (s.ə.v)-in səhih bir ifadəsi yox ikən. Xurafatçılar, Allaha qarşı yalan uydurduqdan sonra müsəlmana deyir ki: “sən buna uymursan”. O da “bəli, o uydurma olduğu üçün uymuram” deyir. “Mən atalarımızdan belə eşitdim, sən nəyə görə hərəkət edirsən? Fasiq olarsan” deyir. “Mənim atalarımızın dini olan bu uydurmalara uysan müttəqi olarsan” deyir. Allah əsirgəsin, müsəlman onun dediklərini qəbul edəcəyindən çaşıb yanılsa münafiq yenə bir mövzu tapar. Bu münafiqin taktikasıdır. Peyğəmbərimiz (s.ə.v)-in zamanında Dirar məscidindəki tətbiq bu idi. Peyğəmbərimiz (s.ə.v)-in gətirdiyi din ortada ikən xurafat çıxarırdılar.
Quranda münafiqlərin Peyğəmbərimizdən və yanındakı möminlərdən ayrıldıqdan sonra yeni məscid qurduqlarından bəhs edilir. Tarixi kitablarda bu məscidin adının “Dirar məscidi” olduğu bildirilir. Onların belə iş tutması diqqəti çox cəlb edir. Dindən ayrılsalar da, müsəlman görünüşlərini qorumağa davam etmişdilər. Münafiqlərin həmin məscidi Quranda bildirilir (Tövbə surəsi, 107-110).
Ayələrdə də xəbər verildiyi kimi, münafiqlər məscid qurub möminlərə qarşı çıxanlarla əlbir olurlar və onlara zərər verməyə çalışırlar. Bu məscidi quran münafiqlər nə qədər: “Biz yaxşılıqdan başqa heç nə istəmirik” , – desələr də, həqiqətdə niyyətləri pisdir. İki məscidi ayıran əhəmiyyətli fərq möminlərin məscidinin təqva, yəni Allah qorxusu və rizası üzərinə qurulmasıdır. Möminlərə düşmənçilik üzərində qurulan münafiqlərin məscidi isə ayədə bildirildiyi kimi, cəhənnəmə yuvarlanacaq uçurumun kənarındadır.
Buna görə də islamı böldülər, parçalara ayırdılar, firqələrə ayırdılar, məzhəb və təriqətlərə ayırdılar, Allahın hökmlərini bəyənmədilər, özlərindən hökmlər uydurmağa başladılar və cahil cəmiyyəti inandırmaq üçündə, saxta hədislər yazaraq bunları Allahın Rəsulu (s) demişdir deyə yalanlar uydurdular. Cahil cəmiyyətdə 1400 ildir bu yalanlara inanmağa davam edirlər amma Allahın Quranda açıq hökmlərini diqqətə almırlar.

