İnsanlara verilən nemət: Yağış

Hər il səmaya buxarlaşan və təkrar yer üzünə yağış kimi düşən su miqdarı “sabit”dir: 16 milyon

Hər il səmaya buxarlaşan və təkrar yer üzünə yağış kimi düşən su miqdarı “sabit”dir: 16 milyon ton. Bu sabit miqdar Quranda “müəyyən miqdar su” yun göydən endirilməsi kimi xəbər verilir.

O Allah ki, göydən bir ölçü ilə su endirər. (Zuxruf surəsi, 11)

İnsan həyatı ancaq bu nəhəng su dövranı nəticəsində davam edir. Əgər bu dövranı biz özümüz təşkil etməyə çalışsaq, şübhəsiz, dünyanın bütün texnologiyasını birləşdirsək də, bacarmazdıq. Ancaq buxarlanma yolu ilə həyatımızın birinci şərti olan su bizə təmənnasız və zəhmətsiz şəkildə verilir. Hər il okeanlardan 45 milyon m3 su buxarlanır. Buxarlanan su buludlara çevrilərək küləklər vasitəsilə quruya endirilir və beləliklə, hər il 3-4 milyon km3 su okeanlardan quruya, yəni bizə ötürülür. Qısaca desək, bizim heç cür dövranını idarə edə bilmədiyimiz və onsuz bir neçə gündən artıq yaşaya bilməyəcəyimiz su bizə xüsusi şəkildə göndərilir. Quranda bunun insanın “şükür etməsi” üçün ən açıq dəlillərdən biri olduğunu Allah belə xəbər verir:

Bəs içdiyiniz suya nə deyirsiniz?. Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz? (Vaqiə surəsi, 68-70)

Quranda Zuxruf surəsinin 11-ci ayəsində yağışın “ölçü” ilə endirilməsi təsvir edilmişdir:

O Allah ki, göydən bir qədər su endirdi. (Zuxruf surəsi, 11)

Həqiqətən də, yağış yer üzünə çox maraqlı ölçü ilə enir. Yağışın sahib olduğu ölçülərdən birincisi eniş sürəti ilə əlaqədardır. Yağış damcısı ilə eyni ağırlıq və böyüklükdəki bir cisim 1200 metr yüksəklikdən buraxılsa, getdikcə sürətlənəcək və yerə təxminən 558 km/saat sürətlə düşəcək. Əgər yağış damcısı da bu yüksəklikdən belə düşsə idi, bu vəziyyətdə bütün əkinlər məhv olacaq, sahələr, evlər və avtomobillər ziyan görəcək, insanlar lazımlı tədbirləri görə bilməyəcəklərdi.

Ancaq belə bir hadisə heç bir zaman baş vermir. Yağış damcıları nə qədər yüksəkdən düşsələr də, yer üzünə çatdıqlarında orta sürətləri yalnız saatda 8-10 km. olur. Yağışdakı ölçü sadəcə miqdarında deyil. Yağış damlalarının enmə sürəti də müəyyən ölçüyə görədir. Yağış damlası nə qədər böyük olsa da, yer üzünə enmə sürəti müəyyən limitdən kənara çıxmır. Nobel mükafatına layiq görülmüş alman fizik Filip Lenardın fəaliyyətləri nəticəsində yağış damlalarının diametri böyüdükcə enmə sürətlərinin artdığını müəyyən etmişdir. Ancaq enmə sürətinin artması yağış damlasının diametri 4.5 mm olana qədər davam edir. Daha böyük yağış damlalarının isə enmə sürəti saniyədə 8 metri keçmir. Bunun səbəbi damlaların enərkən aldıqları formadır. Yağış damlalarının bu xüsusi forması atmosferin sürtünmə təsirini artırır və damlaların müəyyən sürət limitini keçməsinə mane olur.

Bunun səbəbi isə yağış damcısının atmosferin sürtünmə təsirini artıran və yerə daha yavaş düşməsini təmin edən quruluşa sahib olmasıdır. Əgər yağış damcısı fərqli şəkildə olsa və ya atmosferin sürtünmə xüsusiyyəti olmasa idi, hər yağış yağanda yer üzünün necə böyük fəlakətlə qarşı-qarşıya gələcəyini anlamaq üçün bu rəqəmlərə baxmaq kafi olacaq:

“Yağış buludları ən az 1200 metr yüksəklikdə yerləşir. Bu hündürlükdən düşən tək bir damcının təsiri 1 kiloqramlıq cismin 15 sm yüksəklikdən aşağı buraxılmasına bərabərdir. Ancaq 10.000 metr yüksəklikdə də yağış buludları mövcuddur ki, bu dəfə tək bir damcı 1 kiloqram ağırlığın 110 sm yüksəklikdən aşağı buraxılmasına bərabər təsir göstərəcək.”

Yer üzündəki həyatın davamı su dövranı sayəsində təmin edilir. İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə də, bu dövranı əsla süni surətdə həyata keçirə bilməz.

Əgər bu miqdarda çox kiçik dəyişiklik olsa, qısa müddətdən sonra böyük ekoloji tarazsızlıq meydana gələr və bu da həyata son qoyar. Lakin heç vaxt belə olmur; yağış yer üzünə hər il eyni miqdarda enir.

Bundan başqa, yağışın endiyi atmosfer qatlarında istilik -40°C-yə qədər düşür. Ancaq su burada əsla buz qəliblərinə çevrilmir. Bunun səbəbi atmosferdəki suyun “saf su” xüsusiyyətində olmasıdır. Bilindiyi kimi, saf suyun bir xüsusiyyəti çox aşağı istiliklərdə belə donmamasıdır.