Bütün kainatdakı canlı və cansız varlıqların hamısı Allaha məxsusdur. Allah istədiyi insana istədiyi qədər ruzi verər. İnsanlara ruzi verən, onları zənginləşdirən, bol məhsullar verən, nemətlər bəxş edən Allahdır. Ayələrdə bildirdiyi kimi Allah istədiyi insanın ruzisini artırar, istədiyinin ruzisini isə azaldar və bunların hamısını xeyirlə, hikmətlə edər. Ruzisi artan da, azalan da bunlar ilə sınanır. Allahın verdiyi nemətlərlə yolunu azıb lovğalanmayan, bütün nemətlər üçün şükür edənlər, əllərindəki nemətlər alınanda isə təvəkküllü davranaraq səbirli olanlar Allahın razı olduğu bəndələrdir. Quranda Allahın verdiyi nemətlərin sınaq üçün olması hz. Süleymanın dilindən belə verilmişdir:
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!” (Nəml surəsi, 40)
Hz. Süleymanın Quranda xəbər verilən “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm” şəklindəki sözləri, nemətlərin insanlara verilməsinin səbəblərindən birini izah olunur.
Allah Quranda var-dövləti, övladı, həyat yoldaşını, qohumları, vəzifəni, etibarı, zəkanı, gözəlliyi, sağlamlığı, gəlir gətirən ticarəti, uğuru, qısaca hər cür neməti insanı yoxlamaq üçün verdiyini bildirmişdir və bunları dünya həyatının bərbəzəyi (metası) olaraq ifadə etmişdir.
- İnkar edənlərə bolluq verilməsinin sirri
Dünyada Allaha inanmadığı halda bolluq və nemət içində yaşayan, bərəkətli torpaqlara sahib olan, uzun ömür sürmüş və hələdə yaşamaqda olan bir çox insan vardır. Bu insanlar sahib olduqları ilə Allahı razı etmək əvəzinə lovğalanır, bunlarla Rəbbimizin rizasını axtarmaq əvəzinə Ondan uzaqlaşırlar. Hər gün dayanmadan günah qazanan bu insanlar sahib olduqlarının onlar üçün xeyirli olduğunu düşünürlər. Halbuki Allah Quranda bu insanlara verdiyi nemətlərin və müddətin hikmətini və sirlərini bu ayələrlə açıqlayır:
Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək və kafir olduqları halda can vermələrini istəyir. (Tövbə surəsi, 85)
Kafirlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. (Ali İmran surəsi, 178)
Buna görə də onları bir müddətə qədər öz qəflətləri ilə baş-başa burax! Onlar zənn edirlər ki, özlərinə verdiyimiz mal-mülk və oğullarla Onların xeyri üçün tələsirik? Xeyr, onlar başa düşmürlər. (Muminun surəsi, 54-56)
Ayələrdə açıqlandığı kimi bu insanların sahib olduqları nemətlər onlar üçün xeyirli deyildir. Onlar üçün təyin olunan vaxt, günahlarının daha da artması üçündür. Vaxtı tamam olanda isə nə malları, nə uşaqları, nə də vəzifələri onları əzabdan qurtara bilər. Beləcə, Allah “Məryəm” surəsində daha əvvəlki insan nəsillərində də varlıq və bolluq içində yaşayan, ancaq bu nemətlərin onları əzabdan qurtara bilmədiyi qövmlərin vəziyyətini bildirmişdir:
Halbuki onlardan əvvəl mal-mülk və görünüş baxımından daha üstün olan neçə-neçə nəsilləri məhv etdik. (Məryəm surəsi, 74)
Eyni ayənin davamında isə bu insanlara vaxt verilməsi səbəbinin sirri belə açıqlanmışdır:
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı – əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər. (Məryəm surəsi, 75)
Allah sonsuz ədalətli və mərhəmətli olandır. Hər şeyi hikmət və xeyirlə yaradar və hər kəs etdiklərinin əvəzini tam olaraq alar. Bunu bilən möminlər ətrafında reallaşan hər şeyə Allahın yaratdığı hikməti və xeyiri görmək niyyəti ilə baxarlar. Əks halda, insanlar həqiqətlərdən uzaq, saxta bir dünya həyatı yaşamış olarlar.
- Allahın inkar edənlərə həmin anda əzab verməməsinin sirri
Allahın Quranda bildirdiyi sirlərdən biri insanların pis əməllərinin qarşılığının həmin an almamaları, hər qarşılığın müəyyən bir vaxta qədər təxirə salınmasıdır. Allah bunu ayəsində belə bildirir:
Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah qullarını görür. (Fatir surəsi, 45)
Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə (dərhal) cəzalandırası olsaydı, əlbəttə, onlara tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)
İnsanların bir çoxu etdiyi pis əməllərin əvəzini həmin an almayanda pisliklərinin cavabsız qalacağını düşünürlər. Hətta buna görə tövbə etməz, peşmançılıq çəkməz, hərəkətlərini düzəltməz, cavabsız qalacağını düşündüyü üçün azğınlıqlarını daha da artırarlar. Ağılsız olduğu üçün bunun gələcəkdəki əzabının da dözülməz olduğunu fikirləşə bilməzlər. Allah bununla bağlı bir ayədə belə buyurur:
Kafirlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. (Ali İmran surəsi, 178)
Bu möhləti Allah insanları sınamaq üçün verir. Halbuki hər insanın etdiklərinin cavabını alması üçün Allah Qatında təyin edilmiş bir müddət vardır. O vaxt gələndə nə bir an əvvələ alınar, nə də bir an gecikdirilər. Allah hər kəsin mütləq öz cavabını alacağını ayələrdə belə açıqlayır:
Əgər Rəbbin tərəfindən daha əvvəl verilmiş bir söz və təyin edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (onların bu dünyada cəzalandırılmaları) vacib olardı. (Taha surəsi, 129)
Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim məkrim (əzabım) çox şiddətlidir! (Əraf surəsi, 183)

