İnsanlara çirkin ləqəblər qoşmağın Qurandakı yeri nədir?

Quran əxlaqını yaşamayanlar, özlərini ucaltmaq məqsədilə insanlara əsassız, pis ləqəblər qoşaraq lağ edirlər və bununla qarşılarındakı insanları alçaltmağa çalışırlar. Möminlər isə heç vaxt belə çirkin davranışa yol verməzlər. Allah Quranda möminləri bu pis əməldən açıq şəkildə çəkindirir və bu əmrə tabe olmayanların zalimlərdən olacağını bildirir:

Ey iman edənlər! Kişilər kişiləri lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Qadınlar da qadınları lağa qoymasınlar! Ola bilsin ki, onlar (lağa qoyulanlar) özlərindən daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin və bir-birinizi (pis) ləqəblərlə çağırmayın! İmandan sonra fasiqlik nə pis bir addır! Kim (bu əməllərdən) tövbə etməzsə, onlar əsil zalımlardır. (Hucurat surəsi, 11)

Quran əxlaqına əməl edən insanlar Allahın bəyənmədiyi bu davranışı heç vaxt göstərməzlər. Onlar bir-birinə ən gözəl şəkildə müraciət etməyə diqqət göstərir və bir-birinə Allahın səmimi bəndələri kimi dərin hörmət bəsləyirlər.