İnsanlar dünya həyatında etdikləri hər bir əmələ, ağıllarından keçirdikləri hər bir düşüncəyə görə hesab günündə cavab verəcəklər. “… Həqiqətən, Allah, hər şeyin üzərində şahid olandır.” (Həcc surəsi, 17) ayəsində bildirildiyi kimi, Allah insanların dünyada etdikləri hər şeyə şahiddir. Quranda həmçinin hesab günü insanların qarşısına şahid olaraq gətiriləcək şəxslərdən də bəhs edilir. Axirətdə şahidlik edəcək olanlardan bəziləri haqqında belə buyurulur:
Nəhayət, ora çatınca, eşitmə, görmə (duyğuları) və dəriləri öz əleyhlərinə şahidlik edəcək. (Fussilət surəsi, 20)
Və rəsullar də (şahidlik üçün) müəyyən bir vaxtda gətirildiyi zaman … (Mursəlat surəsi, 11)
Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq? (Nisa surəsi, 41)
Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər. (Yasin surəsi, 65)
Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, əməllər yazılmış kitab hər kəsin qarşısına qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. (Zumər surəsi, 69)
Hər ümmətdən bir şahid göndərəcəyimiz gün, kafirlərə üzrxahlıq etməyə izin verilməyəcək və üzr diləmələri də tələb olunmayacaqdır. (Nəhl surəsi, 84)
O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik…. (Nəhl surəsi, 89)
Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)
Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. (Qaf surəsi, 21)

