İnsanlar niyə yalan danışar?

1) Qürur və təkəbbürdən deyilən yalanlar

Qürur, şeytana məxsus xüsusiyyətdir və insanın gözəl əxlaqdan uzaqlaşmasına, şeytanın əxlaqına bənzər əxlaqa sahib olmasına səbəb olar. Şeytan, təkəbbürü, özündən razılığı və ağılsız şəkildə etdiyi qürurundan ötrü, Allahın sözünə tabe olmamış, itaətsizlik etmiş və buna görə də, cənnətdən qovulmuşdur.

2) VƏRDİŞ NƏTİCƏSİNDƏ DEYİLƏN YALANLAR

İnsanların çox hissəsinin dilləri yalan danışmağa vərdiş etmişdir. Xüsusən uşaqlıq və gənclik illərində bəzi insanlar, heç tərəddüd etmədən yalan danışa bilirlər. Məsələn, dostları ilə getdiyi yeri demək məsələsində gənclərin bir çoxunun ağzı yalana vərdiş edib. Yaxud insanlara əsasən bir şeyi niyə etmədikləri sualı verildikdə, səhv bir şey etdikləri, bir şeyi unutduqları zaman verdikləri açıqlamalar yalan ola bilir. Ağzı yalan danışmağa vərdiş etmiş bu insanlar, bu cür yalanları çox vaxt heç düşünmədən deyərlər.

3) LAĞ ETMƏK VƏ HİRSLƏNDİRMƏK ÜÇÜN DEYİLƏN YALANLAR

Yalanın səbəblərindən biri, qarşıdakı insanı hirsləndirmək, o insanı saymadığını və məhəl qoymadığını göstərməkdir. Məsələn, təyin etdiyi bir görüşə gecikən insan, gözlətdiyi yoldaşının “bu saata qədər harada idin?” sualına, yalan olduğu çox aydın olan bir cavab verə bilər. Əslində buradakı məqsədi, qarşısındakı insanın gözləməsinə məhəl qoymadığını, onun tələblərinə dəyər vermədiyini ifadə etmək və onu öz deyimləri ilə “axmaq” yerinə qoyaraq hirsləndirməkdir.

4) ÇƏTİN BİR IŞİ GÖRMƏKDƏN XİLAS OLMAQ ÜÇÜN DEYİLƏN YALANLAR

İnsanların ən çox yalan dedikləri məsələlərdən biri də, özlərinə çətin gələn və ya etmək istəmədikləri bir işdən xilas olmaq istəmələridir. Məsələn, bir mövzuda onlardan kömək istənildiyi zaman, kömək etməyə tənbəllik etdiklərini və ya kömək etmək istəmədiklərini söyləmək əvəzinə, “hazırda çox işim var”, “başım çox ağrıyır”, “belimi incitmişəm” kimi yalanlar uyduraraq kömək edə bilməyəcəklərini deyərlər.

5) “BİLMİRƏM” DEMƏMƏK ÜÇÜN DEYİLƏN YALANLAR

Bəzi insanlar özlərini çox bəyənib böyük hesab etdikləri üçün, hər mövzuda əskiksiz və qüsursuz olduqlarını ətraflarındakı insanlara da sübut etməyə çalışarlar. Özlərinin hər mövzuda məlumat sahibi olduqlarını göstərmək istəyərlər. Buna görə də, onlara bir mövzu barədə danışdıqda və ya onlardan bir məlumat tələb olunduqda, əgər bu mövzu barədə məlumatları yoxdursa, çox vaxt yalan uydurarlar.

6) YAŞANAN VƏ YA ŞAHİD OLUNAN HADİSƏLƏRİ ŞİŞİRTMƏK ÜÇÜN DEYİLƏN YALANLAR

Bəzi insanlar hadisələri şişirtmələri, görmədikləri şeyləri görmüş kimi danışmaları ilə tanınarlar. Bunu, ətraflarındakı insanları əyləndirmək məqsədi ilə edənlərlə yanaşı, xəstəlik kimi vərdiş halına gətirənlər də var. Niyə etdiklərini belə düşünmədən, hər hadisədən fərqli danışarlar, bir şey əlavə edərək, yaşanan hadisələri daha da şişirdilmiş hala gətirərlər.

7) PİSLİK ETMƏK VƏ ALDATMAQ ÜÇÜN DEYİLƏN YALANLAR

Quran əxlaqını yaşamayan insanlar, kiçik mənfəətləri üçün başqasına qarşı asanlıqla kin bəsləyə və ya həsəd apara bilərlər. Çox vaxt heç bir səbəbə əsaslanmayan, özləri yaratdıqları bu hisslərin nəticəsində isə, bu insanlardan intiqam almaq istəyərlər. İnsanların bir hissəsi, az və ya çox bu hissi içində daşıyar və başqalarının pisliyini istəyər. Pisliyini istədikləri insan, yaxın görünən dostları belə ola bilər.

8) GÖSTƏRİŞ ÜÇÜN DEYİLƏN YALANLAR

Quran əxlaqını yaşamayan insanlarda yalanın ən çox istifadə edildiyi vəziyyətlərdən biri, bir-birlərinə göstəriş etdikləri zamanlardır. Öyünməyə bu qədər marağı olan bu insanlar, sahib olduqlarının öyünmək üçün yetərli olmadığını düşündükləri zaman, dərhal yalana əl atarlar. Sahib olmadıqları şeyləri özlərinə məxsusmuş kimi göstərərlər. Məsələn, adi bir əşyanı daha qiymətli göstərərək, onunla öyünmək üçün öz qiymətindən baha qiymətə satın aldıqlarını deyə bilərlər. İş yerindəki mövqelərini şişirdərək, özlərini olduğundan daha çox məsuliyyət sahibi, daha yüksək vəzifədə olan biri kimi göstərməyə çalışa bilərlər.

9) MƏNFƏƏT VƏ QAZANC TƏMİN ETMƏK ÜÇÜN DEYİLƏN YALANLAR

İnsanların böyük hissəsinin günah işləmələrinin və pis hərəkətlər etmələrinin səbəbi, mənfəət təmin etmək istəyidir. Vəfasızlıq, eqoistlik, təcavüzkarlıq, qısqanclıq, ikiüzlülük, hiyləgərlik kimi pis əxlaq xüsusiyyətləri çox vaxt mənfəət gözləməkdən qaynaqlanar. Yalançılığın da ən mühüm səbəblərindən biri, insanların mənfəət və qazanc təminetmə məsələsindəki ehtiraslarıdır.

10) MÜBAHİSƏDƏ HAQLI ÇIXMAQ VƏ ÜSTÜN GƏLMƏK ÜÇÜN DEYİLƏN YALANLAR

Allahın bir ayəsində də bildirdiyi kimi; “insan ən çox mübahisə edəndir” (Kəhf surəsi, 54). Bir neçə insan bir yerə toplandıqda, çox vaxt bir mövzu barədə qarşılıqlı iddialar irəli sürməyə, fərqli fikirlər irəli sürərək, bunları bir-birlərinə qəbul etdirməyə çalışırlar. Bu mübahisələrdə məqsəd, çox vaxt bir şeyin doğrusunu öyrənmək və ən yaxşı nəticəyə nail olmaq deyil, üstün gəlmək, müdafiə olunan fikrin doğru və ya yanlış olduğuna fikir vermədən mübahisədə üstün gəlməkdir. Tərəflərdən biri haqsız olduğunu və ya səhv düşündüyünü anlasa belə, ümumiyyətlə geri addım atmaz, doğrunun tərəfinə keçməz və təkəbbüründən ötrü iddiasını davam etdirər. Məhz bu məqamda, əksər insan yalana əl atmağa başlayar. Bu insanlar təkcə üstün gəlmək naminə, ya əmin olmadıqları, görmədikləri, eşitmədikləri bir hadisədən, yaşandığına qəti əmin olaraq danışar, ya da açıq şəkildə iddialarını dəstəkləyəcək xəyali ssenarilər qurarlar, hətta böhtana əl atarlar.

11) “AĞ YALANLAR” İLƏ DEYİLƏN YALANLAR

“Heç yalan danışarsınızmı?” sualına insanların verdikləri cavabları, bir çox dəfə eşitmisiniz. Bu cavabların əksəriyyətində, qətiyyən yalan danışmadıqları, lakin lazım gəldikdə “ağ yalanlar” söylədikləri və bunda problem görmədikləri qeyd edilər.

12) ETMƏYƏCƏYİ BİR ŞEYİ SÖZ VERƏRKƏN DEYİLƏN YALANLAR

Bir insanın verdiyi sözə əməl etməməsi çox sıx rast gəlinən vəziyyətdir. Əlbəttə ki, bəzən şərtlər dəyişdikdə, insan çox istəsə və vədində səmimi olsa belə, vədlərindən yerinə yetirə bilməyəcəyi vəziyyətlə qarşılaşa bilər. Lakin hələ əvvəlcədən söz verərkən sözünə əməl etməyəcəyini bilərək, təkcə həmin an o insanların gözünə girmək və ya hər hansı başqa məqsədlə vəd vermək və bunu yerinə yetirməmək, Quranda Allahın insanları xəbərdar etdiyi bir məsələdir.

13) İNSANLARDAN QORXUB ÇƏKİNƏRƏK DEYİLƏN YALANLAR

Bir çox insanın yalana əl atmasının səbəblərindən biri, ətrafındakı insanlardan qorxmasıdır. Məsələn, evdə vazanı sındıran bir uşaq anasından qorxduğu üçün yalan danışar. İş yerində faylları bir-birinə qarışdıran katibə müdirindən qorxar və özünü xilas etmək üçün yalana əl atar. Halbuki, mömin insan heç vaxt insanlardan qorxmaz. Təkcə Allahdan qorxub çəkinər və Allahın ondan razı olub olmayacağını düşünər. Buna görə də, hansı vəziyyətdə qalsa da, doğrunu söyləyər və Allaha təvəkkül edər.