İnsanların axirətdə necə bir qarşılıq görəcəkləri barədə qəti fikir bildirmək doğru olmaz. Çünki hansı insanın cənnətə, hansı insanın isə cəhənnəmə gedəcəyini yalnız Allah bilir. İnsanlar isə bunu yalnız axirətdə öyrənə bilərlər – Allahın dilədiyi hallar istisna olmaqla.
Bu hökm insanın özünə də aiddir. İman edənlər özləri üçün cənnəti ümid edərlər, lakin heç vaxt mütləq şəkildə cənnətə gedəcəklərindən və ya cəhənnəmə getməyəcəklərindən əmin olmazlar. Quranda hz. Yusifin (ə.s.) Allahdan müsəlman olaraq canını almasını istəməsi bu mövzuya gözəl bir nümunədir:
“… Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!” (Yusif surəsi, 101)

