Hesab Günündə Insanlar Bir-Birlərinin Günahlarını Yüklənə Bilərmi?
Allah Quranda bizə, hesab günündə hər kəsin öz etdiklərindən sorğuya çəkiləcəyini bildirmişdir. Dünyada etmiş olduqları, hər kəsə tək-tək göstəriləcək və Allahın icazəsi istisna olmaqla heç kim digərinə kömək edə bilməyəcək. Allah bu həqiqəti Quranda belə xəbər verir:
Heç bir günahkar başqasının günahını daşımaz. Əgər (günah) yükü ağır olan kəs onu daşımaq üçün (başqasını) çağırsa, (çağırılan kimsə onun) yaxın qohumu olsa belə, o yükdən heç bir şeyi alıb daşımaz. (Fatir surəsi, 18)
