İnsanlar başqalarının günahını daşıya bilər?

Allah Quranda bizə, hesab günündə hər kəsin öz etdiklərindən sorğuya çəkiləcəyini bildirmişdir

Allah Quranda bizə, hesab günündə hər kəsin öz etdiklərindən sorğuya çəkiləcəyini bildirmişdir. Dünyada etmiş olduqları, hər kəsə tək-tək göstəriləcək və Allahın icazəsi istisna olmaqla heç kim digərinə kömək edə bilməyəcək. Allah bu həqiqəti Quranda belə xəbər verir:

Heç bir günahkar başqasının günah yükünü daşımaz. Yükü ağır olan kimsə öz yükünü daşımaq üçün başqasını köməyə çağırsa və çağırdığı kimsə yaxın qohumu olsa belə, o yükdən heç nə daşınmaz… (Fatir surəsi, 18)