İnsanlar arasında daha təqvalı olanları ayırd etmək mümkündürmü?

İnsanlar arasında kimin daha təqvalı olduğunu qəti şəkildə müəyyən etmək mümkün deyildir. Çünki insanın həqiqi təqvası, səmimiyyəti və imanı onun qəlbində gizlidir və bunu bilən yeganə güc Allahdır. Lakin insanlar isə bir insanın təqvası barədə yalnız güclü bir qənaət formalaşdıra bilərlər. Bu mövzuda insanların əsas götürdükləri meyar həmin şəxsin davranışlarıdır. Bir insanın Allaha olan səmimiyyəti, dinə olan sədaqəti, Allahın razılığını qazanmaq üçün göstərdiyi ixlaslı səy, dinə xidmət yolundakı şövqü və qətiyyəti, möminlərə olan sevgisi və bağlılığı qarşı tərəfdə həmin insanın təqvası haqqında güclü bir qənaət yaradar. Bununla belə, bu mövzuda qəti hökm yalnız Allaha məxsusdur.

İnsan günahlardan, haram buyurulan əməllərdən və ya Quran əxlaqına uyğun olmayan davranışlardan çəkinməklə təqva qazanar. Kim gözəl əxlaqı yaşamaqda daha qətiyyətli olar, dinə fayda vermək üçün daha çox səy göstərər və dinin hökmlərini yerinə yetirməkdə daha həssas davranarsa, onun təqvası digər insanlara nisbətən daha çox artar.

Təqva sahibi olan mömin həm də öz ağlı ilə tanınar. Verdiyi qərarlar daha düzgün və daha isabətli olar. Qarşılaşdığı problemlərə daha asan və çevik həll yolları tapar. Danışıqları daha hikmətli və daha təsirli olar. Hadisələrdə başqalarının görə bilmədiyi yönləri o, daha aydın bir şüurla müəyyən edə bilər. Göstərdiyi xidmətlərlə özünü ön plana çıxarmağa çalışmaz, ixlaslı rəftarını qoruyar. İnsanların razılığını və tərifini deyil, Allahın razılığını qazanmağı hədəfləyər. Hansı vəziyyətlə qarşılaşırsa-qarşılaşsın, Allahın qoyduğu hədlərdən əsla güzəştə getməz.

Bütün bu əlamətləri daşıyan bir insanın təqva sahibi olduğu ümid edilər. Lakin yenə də həmin şəxsin həqiqi mənada təqva sahibi olub-olmaması və ya kimin kimdən daha üstün imana sahib olduğu barədə qəti bir hökm vermək mümkün deyildir. Çünki insan bu mövzuda yalnız zahirdə gördüklərinə əsaslanaraq səthi bir qiymətləndirmə apara bilər. İnsanların həqiqi imanını, təqvasını, ixlasını və Allaha olan yaxınlığını isə yalnız Allah bilər. çəkmək mümkündürmü?