İnsanlar Allaha bağlansalar, Allahı sevsələr Allah da onları sevər

İman edənlərin həyat tərzi fərqlidir

İman edənlərlə digər insanlar arasındakı fərq nədir? Bu suala səmimi olaraq iman etməyənlərdən fərqli cavablar gələ bilər. Onlar, möminlərlə aralarında mədəni və əxlaqi bəzi ayrılıqlar olduğunu söyləyə bilərlər. Saleh möminlərin “dünya görüşü”nün fərqli olduğunu, onların bəzi “dəyər”lərə inandıqlarını, özlərinin isə bu “dəyər”ləri qəbul etmədiklərini irəli sürə bilərlər. Müsəlmanların özlərindən fərqli fikirlər daşıdıqlarını göstərə bilərlər.

Amma əslində bu söylədikləri, yalnız təməl bir fərqliliyin nəticələri olaraq ortaya çıxmışdır və yalnız gözlə görünən bəzi fərqlərdir. Onlar, saleh möminlərin həqiqətdə özlərindən hansı istiqamətdə fərqli olduqlarını əsasən anlaya bilməzlər. (Onsuz da bu fərqi anlamamış olduqları üçün mömin deyildirlər.) Müsəlman, Allahın, dininə bağlananlara verdiyi bir addır. Quranda təsvir edilən müsəlmanları digər insanlardan ayıran əsas fərq, bu insanların Allahın sonsuz qüdrətinin tam mənasıyla fərqində olmalarıdır. Allahın sonsuz qüdrətinin fərqində olmaq isə, sadəcə, Yaradanımız Uca Allahın var olduğunu təsdiq etmək demək deyil. Allah Quranda bu həqiqəti belə bildirir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər: “Allah!” De: “Bəs belə olduğu halda Allahdan qorxmursunuz?” O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz! (Yunis surəsi, 31-32)