Quran əxlaqından uzaq yaşayan insanlar yalnız başlarına bir xəstəlik, bir sıxıntı və ya bir bəla gəldiyi zaman dua edərlər. Belə dövrlərdə Allaha sığınan və qarşılaşdıqları çətinlikləri aradan qaldırması, onlara nemət verməsi üçün gecə-gündüz Ona dua edən insanlar, bu vəziyyətdən xilas olduqda dərhal dua etməyi və Allahın onlara verdiyi nemətlərə görə Ona şükür etməyi unudarlar. Çətinlik və sıxıntı anında göstərdikləri bu davranış onların aciz qaldıqlarını anlamalarından irəli gələr. Allaha qarşı əsil səmimiyyətsizlikləri isə bu çətinlikdən xilas olduqları anda dərhal üzə çıxar. Quranda bu insanların göstərdiyi ikiüzlü və qeyri-səmimi davranış belə nümunə verilmişdir:
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər. (Loğman surəsi, 32) xəbərdaredici / elçi göndərmişdirmi?

