İnsanlar acizdir

İnsanlara verilmiş bir çox fiziki zəiflik vardır

İnsanlara verilmiş bir çox fiziki zəiflik vardır. Əvvəlcə insan həm bədənini, həm də ətrafını təmiz saxlamaq, diqqətlə qulluq etmək məcburiyyətindədir. Bu qulluq üçün ayırdığı vaxt həyatının olduqca böyük bir hissəsini əhatə edir. Ancaq insan nə qədər təmizlik və qulluq edirsə etsin bu, müvəqqətidir. Dişini fırçalayan insan bəlkə 1 saat sonra heç fırçalamamış kimi olur. Duş qəbul edən bir insan yayda 1-2 saat sonra heç duş qəbul etməmiş kimi hala gələ bilər.

Burada əhəmiyyətli olan fiziki acizliklərin bir məqsədə istiqamətli olduğunu qavraya bilməkdir. Bunlar zəruri acizliklər deyil, xüsusi olaraq yaradılmışlar. Eyni şəkildə yaşlılıq və onunla birlikdə gələn dəyişikliklər də insana dünya həyatının keçici olduğunu düşünməsi, əksikliklərlə dolu olan dünyaya bağlanmaması və “əsil yurd” olan axirətə yönəlməsi üçün Allahın xüsusi olaraq verdiyi acizliklərdir. Və Allah Quranda insanlar üçün xeyirli olanın axirət olduğunu xəbər vermişdir:

Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız? (Ənam surəsi, 32)