İnsanın yaxın bir qohumunun dini ibadətlərini yerinə yetirməsinin o insana bir faydası olarmı?

Allah: “Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah etdiklərinizi görür”. (Mumtəhənə surəsi, 3) ayəsi ilə Qiyamət günü heç bir yaxın qohumun digərinə fayda verə bilməyəcəyini bildirmişdir.

Başqa bir ayədə isə Allah: “… o Bizə, hüzurumuza tək-tənha gələcəkdir”. (Məryəm surəsi, 80) buyuraraq hər bir insanın öz əməllərinə görə təkbaşına sorğu-suala çəkiləcəyini xatırlatmışdır.

Bu ayələrdən də aydın olur ki, axirət günündə heç bir insanın etdiyi ibadət başqa bir insana fayda verməyəcəkdir. Çünki Allah hər bir insana müstəqil düşüncə, müstəqil vicdan vermiş və onların hər birini müxtəlif yollarla ayrıca xəbərdar etmişdir. Buna görə də insanın həyat yoldaşı, övladı və ya digər ən yaxın adamlarının bütün ibadətlərini yerinə yetirməsi onun öz qurtuluşunu təmin etməz. Əksinə, insan bütün bunları ən yaxınlarından gördüyü və doğru olduğunu bildiyi halda özü tətbiq etməzsə, bu vəziyyət axirətdə onu Allah qarşısında daha böyük məsuliyyət altında qoya bilər. Təkcə özünün yaşaması kifayət edərmi?