İnsanın ürəyində vicdanından başqa bir səs varmı?

İnsanın vicdanının səsindən sonra gələn bütün digər alternativlər vicdanı boğmağa çalışan “nəfsin səsidir”. Nəfs bütün gücü ilə insanın doğru olanı etməsinə mane olmağa və ona səhv olanı etdirməyə çalışır.

Bunu çox açıq şəkildə etməyə bilər. İnsana ağlabatan görünə biləcək bəzi bəhanələr gətirə bilər, ona “bunu etməklə heç nə olmaz” deməyə vadar edə bilər. Allah bu həqiqəti Quranda belə bildirir:

And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. (Şəms surəsi, 7-9)

Ayədə də bildirildiyi kimi, insana həm pisliklər, həm də bu pisliklərdən çəkinmək ilham edilir. İnsan isə bunlardan hansına əməl edəcəyi mövzusunda sınanar.