İnsanın ürəyində vicdanın xaricində bir səs varmı?

İnsanın vicdanının səsindən sonra gələn digər alternativlərin hamısı vicdanı susdurmağa çalışan “nəfsin səsi”dir. Nəfs, insanı var gücü ilə doğru olandan uzaqlaşdırıb, ona pis olanı etdirməyə çalışır.

Bunu çox açıq şəkildə etməyə bilər. Bir insana məqbul gələ biləcək bəzi bəhanələr irəli sürəe, “bundan bir şey olmaz” dedirdə bilər.

Allah bu həqiqəti Quranda belə bildirir: “And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə! Nəfsini günahdan təmizləyən nicat tapmışdır.” (Şəms surəsi, 7-9)

Ayədə də bildirildiyi kimi, insana həm pisliklər, həm də bu pisliklərdən çəkinmək ilham edilir. İnsan isə bu səslərdən hansına uyacağı mövzusunda sınanar.