Allah ayələrində insanlara məlumat sahibi olmadıqları mövzularda mübahisəyə girməməyi tövsiyə edir. Çünki hər bir mövzunu, onu biləndən daha yaxşı bilən mütləq vardır. İnsanın məlumat sahibi olmadığı bir mövzu haqqında mübahisə etməsi ona heç bir fayda verməz. Belə bir vəziyyətdə ən doğru davranış heç bir mübahisəyə girmədən bilənlərə müraciət etmək və beləliklə mövzunun ən doğru tərəfini öyrənməkdir.
Quranda insanın bilmədiyi bir mövzunun ardınca getməməli olduğu belə xatırladılmışdır:
İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haqqında mübahisə edir və hər bir asi şeytana itaət edir. Onun haqqında belə yazılmışdır: kim şeytanla dostluq etsə, şeytan onu doğru yoldan çıxardıb alovlu Odun əzabına sürükləyər. (Həcc surəsi, 3-4) etməyən insanlar Quranda necə təsvir edilir?

