İnsanın Qurana tabe olması xoşbəxtliyinə vəsilə olar

Quran əxlaqı insanı hər cür təzyiqdən, qorxudan, narahatlıq və nigaran olmaqdan xilas edər. İnsanın həmişə şən, mülayim, hüzurlu və rahat ruh halına sahib olmasını təmin edər. Səmimi şəkildə Qurana tabe olan insan, ön mühakiməyə sahib bir insanın heç vaxt yaşaya bilməyəcəyi və bəlkə də xəyal belə edə bilməyəcəyi gözəllik və bərəkət içində yaşayar. İnsan özünü yaradan və ona ən yaxın varlıq olan Allahı tanıdıqda, “dindən uzaq qalmaq” kimi batil inanclardan xilas olar. Bu səhvi aradan qaldırdığı təqdirdə zehin açıqlığı və xoşbəxtliyinə vəsilə olacaqdır.