İnsanın qəlbinin təmiz olması və insanlara qarşı xeyirxah

olması cənnətə girməsi üçün kifayətdirmi?

Hər bir insanın və ya hər bir cəmiyyətin özünəməxsus “yaxşılıq” və “xeyirxahlıq” anlayışı vardır. Kimisi üçün yaxşı təhsil almış övladlar böyütmək, kimisi üçün bir xeyriyyə cəmiyyətinə üzv olmaq, kimisi üçün isə heyvanları müdafiə dərnəyində çalışmaq “yaxşılıq”dır.

İnsanlar bu şəkildə özlərini aldadaraq məsuliyyətdən qaçmaq istəyirlər. Çünki hər bir insan, əslində, hesab günündə Qurana tabe olub- olmadığına görə sorğu-sual ediləcəyini çox yaxşı bilir. Lakin Allahın əmrlərini yerinə yetirməyə meyl göstərmədiyi üçün buna göz yumur. Bu məsuliyyətdən qaçmayan və Qurandan məsul olduğu həqiqətini dərk edən insan isə “yaxşılığın” həqiqi mahiyyətinin yalnız Quranda olduğunu bilir. Çünki Quran hər şeyi yaratdığı kimi, insanı da yaradan Rəbbimiz Allahın hökmlərini ehtiva edir. Bir insanın cənnəti qazana bilməsi üçün “qəlbinin təmiz olması” deyil, əsas etibarilə Allahın hökmlərinin yer aldığı Kitaba güzəştsiz əməl etməsi zəruridir. Yəni bir insanın öz halında yaşaması, heç kimin pisliyini istəməməsi, kiminsə malında, mülkündə, namusunda gözünün olmaması təkbaşına onun cənnətə layiq olduğunu göstərmir. Çünki bunlarla yanaşı, Allahın Quranda bildirdiyi digər əxlaqi keyfiyyətləri də özündə daşımalıdır.

Allah həqiqi yaxşılığın nə olduğunu və kimlərin həqiqi müsəlmanlar olduqlarını bir ayədə belə bildirir:

Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlar, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir. (Bəqərə surəsi, 177)

Başqa bir ayədə isə Allah qatındakı yaxşılıq meyarı belə bir nümunə ilə izah edilir:

Hacılara su verənləri və Məscidi-haramı təmir edənləri, Allaha və axirət gününə iman edib Allah yolunda cihad edənlərlə eyni tutursunuz? Onlar Allah dərgahında eyni deyillər. Allah zalımlar qövmünü doğru yola yönəltməz! (Tövbə surəsi, 19)

İman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır. (Tövbə surəsi, 20)