İnsanın Qəlbində Vicdanın Xaricində Səs Vardır?

İnsanın vicdanının səsindən sonra gələn digər alternativlərin hamısı vicdanı basdırmağa çalışan “nəfsin səsi”dir. Nəfs insanı var gücü ilə doğru olandan azdırıb ona pis olanı etdirməyə çalışır.

Bunu çox açıq şəkildə etməyə bilər. Bir insana məqbul gələ biləcək bəzi bəhanələr irəli sürə bilər, “bundan bir şey olmaz” dedirdə bilər. Allah bu həqiqəti Quranda belə bildirir:

And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. (Şəms surəsi, 7-9)

Ayədə də bildirildiyi kimi, insana həm pis olanı, həm də bundan çəkinmək ilham edilir. İnsan isə bunlardan hansına uyğun gələcəyi mövzusunda sınanar.