İnsanın özünün müəyyən etdiyini güman etdiyi hər şeyi Allah taledə müəyyən etmişdir

Təvəkkül, yalnız güclü bir imana sahib, Allahın gücünü təqdir edə bilən və Ona yaxın olan

Təvəkkül, yalnız güclü bir imana sahib, Allahın gücünü təqdir edə bilən və Ona yaxın olan möminlərə aid bir xüsusiyyətdir. Qavraya bilənlər üçün təvəkküldə əhəmiyyətli sirlər və böyük nemətlər vardır. Təvəkkül Allaha və yaratdığı taleyə qəti təslimiyyət və güvəndir. Allah insanlar da daxil olmaqla, canlı-cansız bütün varlıqları bir tale ilə yaratmışdır. Məsələn, günəşin, ayın, dənizlərin, göllərin, ağacların, çiçəklərin, kiçik bir qarışqanın, budaqdan düşən tək bir yarpağın, masanızın üzərindəki tək bir toz zərrəsinin, yolda gedərkən ayağınıza ilişən bir daşın, on il əvvəl aldığınız paltarınızın, soyuducunuzdakı şaftalının, ananasın, atanızın, qohumlarınızın, ibtidai məktəb yoldaşlarınızın, sizin, qısacası hər kəsin və hər şeyin Allah qatında milyonlarla il əvvəl təyin olunmuş bir taleyi vardır. Və hər varlığın taleyi Allahın qatında Lövhü-Məhfuz adlı bir kitabda yazılıdır. Kimin nə vaxt öləcəyi, hansı yarpağın nə vaxt hansı sürətlə yerə düşəcəyi, soyuducunuzdakı şaftalının nə vaxt, hansı nöqtəsindən çürüməyə başlayacağı, daşın ayağınıza ilişənə qədər keçirəcəyi mərhələlər, qısacası kiçik-böyük hər hadisə bu kitabda qeyd edilmişdir.

Möminlər taleyə iman edərlər və Allahın yaratdığı talenin ən xeyirlisi və ən gözəli olduğunu bilirlər. Buna görə də həyatının hər anında təvəkküllüdürlər. Yəni hadisələri Allahın müəyyən bir hikmətlə yaratdığını və şahid olduqları hadisə nə olursa olsun, Allahın bunda bir xeyir dilədiyini bilirlər. Məsələn, ölümcül bir xəstəliyə tutulmaq, çox çətin və mərhəmətsiz bir düşmən ordusu ilə qarşılaşmaq, günahsız olmasına baxmayaraq, böhtanlara məruz qalmaq və ya insanın ağlına gələ biləcək ən ürküdücü hadisələr də möminləri təlaşa və ya qorxuya salmaz. Onlar Allahın özləri üçün yaratdığını səbir və mətanətlə gözləyirlər. İman etməyən bir insanın dəhşətə və ümidsizliyə qapılacağı hadisələr qarşısında onlar böyük bir zövq alarlar. Çünki ən ürküdücü görünüş və danışıq da Allah qatında əvvəldən planlanmış və insanın imtahanı üçün yaradılmışdır. Bunlara səbir və təvəkküllə cavab verənlər, Allaha və Onun yaratdığı taleyə təslim olub güvənənlər Allahın məmnuniyyətini və sevgisini qazanacaqlar, qarşılığında sonsuza qədər cənnətdə yaşayacaqlar. Buna görə, möminlər həyatı boyunca təvəkkülün rahatlığını və imani sevincini yaşayarlar. Bu, Allahın möminlərə verdiyi bir sirr və gözəllikdir və Allah Quranda təvəkkül edənləri sevdiyini bildirir.